Rey Duqlas Bredberi () — amerikalı yazıçı və ssenarist. 20–21-ci əsrlərdə Amerikanın ən çox tanınan yazıçılarından biri olmuşdur. Əsərləri əsasən fantastika janrındadır.
Bredberiyə indiki şöhrətini qazandıran onun "Farengeytlə 451 dərəcə" (1953) romanı və "Mars xronikaları" (1950) və "Şəkilli adam" (1951) adlı hekayə toplularıdır. O, əsasən fantastika janrında yazırdı, ancaq müəllifin həmçinin başqa janrlarda yazılmış — "Zəncirotu şərabı" (1957) , "Yaşıl kölgələr", "Ağ balina" (1992) kimi əsərləri də mövcuddur. Əsərlərinin bir çoxu filmə çəkilmişdir.
Erkən həyatı Bredberi 22 avqust,192-ci il tarixində Uokiqan,İllinoysda dünyaya gəlmişdir. Anası Ester Bredberi (1888–1966) isveçrəli immiqrant, atası Leonard Bredberi (1890–1957) isə ingilis idi.
Bredberi uşaqlıq illərini geniş bir ailənin əhatəsində, Uokiqanda keçirmişdir. Bu illər gələcəkdə onun yazıçılıq karyerasında böyük rol oynadı. Onun fantastik əsərlərində Uokiqan "Yaşıl Şəhər"-ə çevrilir.
İstinadlar
Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:ABŞ fantastika yazıçıları Kateqoriya:Epik şairlər Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:Hüqo mükafatı laureatları Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:Kaliforniya ssenaristləri Kateqoriya:XX əsrin ABŞ romançıları