Güvəyəbənzər sarı şibyəyeyən () — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ.

Xarici quruluşu Kəpənəyi nisbətən böyükdür. Qanadları açılmış halda 18–20 mm-dir. Ön qanadların əsası ensiz olub, sarı rəngdədir, üzərində üç cərgə qara nöqtələr yerləşmişdir. Arxa qanadlar enlidir. Açıq sarı rəngdədir. Yuxarı hissəsində üç nöqtə vardır. Baş, döş, qarıncığın uc hissəsi sarımtıl, bədənin qalan hissəsi isə qara rəngdədir.

Həyat tərzi Tırtılı göyümtül qara rəngdədir. Beli üzərində topa tüklər vardır, sarı rəngli bel xətti ləkə şəklində yayılmışdır, yan xətti qırıq-qırıqdır, başı qaradır.

Tırtılı şabalıd, fıstıq, palıd, şam və meyvə ağaclarının gövdəsində bitən şibyələrlə qidalanır.

İşığa çox zəif uçur. Ədəbiyyat məlumatına görə ildə bir nəsil verir. Tırtıl mərhələsində qışlayır, yazda qayalar üzərində olan şibyələrlə qidalanır. Pupları nazik barama içərisində olur.

Yayılması Azərbaycanda flavicans B. forması da yayılmışdır. Dağətəyi və dağlıq ərazilərdə məhdud şəkildə yayılmışdır. Kəpənəkləri Şəkinin Zəyzit kəndindən (31. VII.93), eləcə də Zoologiya institutunun əməkdaşları tərəfindən Qaxın İlisu kəndindən (17. VII.34, A. Boqaçev), Daşkəsənin Xaçbulaq kəndindən (12. VII.67, R. Əffəndi) toplanmışdır.

Həmçinin bax Güvəyəbənzər boz şibyəyeyən Güvəyəbənzər qaramtıl-sarı şibyəyeyən

Ədəbiyyat S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.

Kateqoriya:Şibyəyeyən ayıcalar Kateqoriya:1758-ci ildə təsvir edilən güvələr Kateqoriya:Avrasiya həşəratları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları