Milos gürzəsi () — Gürzələr fəsiləsinə Nəhəng gürzə cinsinə daxil olan növ. Populyasiyasının ümumi sayı 10 min baş olaraq qiymətləndirilir. Onların 7–8 min başı Milos adasında yaşayır.

Yayılması Milos gürzələri Egey dənizinin Kiklad arxipelaqı adalarında rast gəlinir — Milos, Kimolos, Poliaqos, Sifos (Yunanıstan).

Təsviri Yetkin gürzələrin uzunluğu 80 sm təşkil edir. Başının sonucu dairəvi olub, başın yuxarı hissəsində və göz ətrafında xüsusi rəngli xətlər vardır. Göz ətrafında 2–3 cərgədən pulcuğa sahibdir. Bədəninin mərkəzi hissəsində 23 (21–25) cərgədən ibarət pulcula örtülmüşdür. Bədən rəngi olduqca fərqlidir, bununla belə həm də olduqca parlaqdır. Dişilər bir qayda olaraq qəhvəyi ləkələrə sahiblər. Erkəklər boz və daha parlaq olur. Hər iki fərd daha çox yazda parlaq olur. Dişilər bu zaman solğun sarı, erkəklər isə parlaq-boz rəng alır.

Həyat tərzi Milos gürzəsinin yayılma zonası olduqca zəngindir. Onlar insanların antropogenləşdirdiyi ərazilrdən tutmuş, bitki örtüyü ilə zəif örtülmüş və çılpaq qayalıqlara sahib ərzilərə yayıla bilirlər. Əsasən günəşin göründüyü çay kənarlarında, bataqlıqlarda rastlanırlar. İsti günlərdə əsasən gecələr aktiv olurlar. İlin qalan günlərində isə günün istənilən anları aktivdirlər. Onlar əsasən xırda məməlilər, quşlar və digər ilanlarla qidalanırlar. Bala fərdlər isə böcək və yumurtaları üstün tuturlar. Quşlar adəti üzrə köç zamanı şikara çevrilirlər. İlanlar kolların arasında şikarlarını ovlaya bilirlər. Bədəninə zəhər yeridilmiş şikar ilanın dişləri arasındaca can verir. Səbəb isə ilanın sonradan zəhərlədiyi şimarı aşkarlaya bilməyəcəyi ilə əlaqədardır.

Macrovipera schweizeri — Avropada yeganə yumurta qoyan ilandır. Bir dəfəyə 4–11 yumurta qoyur. Yumurtalar 35–47mm ölçüyə sahiblər. Balalar 5–7 həftədən sonra yumurtadan çıxır. Onun zəhəri insan üçün olduqca təhlükəlidir. İnlan vurmuş adam dərhal tibb məntəqəsinə çatdırılmalıdır.

Vipera lebetina schweizeri — Mertens, 1951 Vipera lebetina siphnensis — Wettstein, 1952 Daboia (Daboia) lebetina schweizeri — Obst, 1983 Vipera schweizeri — Nilson & Andrén, 1988 Vipera lebetina schweizeri — González, 1991 Macrovipera schweizeri — Herrmann, Joger & Nilson, 1992McDiarmid RW, Campbell JA, Touré T. 1999. Snake Species of the World: A Taxonomic and Geographic Reference, vol. 1. Herpetologists' League. 511 pp. ISBN 1-893777-00-6 (series). ISBN 1-893777-01-4 (volume)

Ədəbiyyat E. Nicholas Arnold, Denys W. Ovenden. 2002. Reptilies and Amphibians of Europe. Princeton University Press. ISBN 0-691-11413-7

İstinadlar

Xarici keçidlər

Macrovipera schweizeri

Kateqoriya:Gürzəkimilər Kateqoriya:1935-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Avropa sürünənləri