Elmi adı — Gladiolus halophilus Boiss. et Heldr.Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür.http://redbook.az/?options=project&id=%C5%9Eoranyer%20qar%C4%9Fa%20so%C4%9Fan%C4%B1
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu yumurtavari, 15–18 mm hündürlükdə, 10–15 mm enində, pulcuqları paralel-torvari liflidir. Gövdəsi 20–25 sm hündürlükdədir. Yarpaqlar göyümtül, dar – xətvari, sivri, 3–7 mm enində, 3–4 görünən damarlıdır. Çiçək qrupu 2 tərəfli, bəzən 1 tərəfli, 4–6 çiçəkli sünbüldür. Çiçəkyanlığı ağımtıl – göy, enli, açılmış, yuxarı yan tərəfi digər tərəflərdən qısadır. Tozcuqlar bir qədər sapdan qısadır1. Флора Азербайджана, 1952.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə may, meyvə əmələ gətirmə iyun aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Aşağı qurşağında, quru yamaclarda yayılmışdır. Kseromezofitdir. Dekorativ bitkidir; 2. İbadlı O. V. 20043. Azərbaycan
SSR-in Qırmızı kitabı, 1989.
Yayılması Kiçik Qafqazın mərkəzi və cənub hissələri, Naxçıvan düzənliyi (Sədərək) və dağlıq hissə (Ordubad rayonu –Kotam kəndinin ətrafı)4. Конспект флоры Кавказа, 2006; .
Sayı və tendensiyası Populysiyası nadirdir, fraqmentləşmiş sahəsinin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azalması müşahidə olunur .
Məhdudlaşdırıcı amillər Antropogen və zoogen amillər. Mühafizə tədbirləri: Xüsusi mühafizə tədbirləri görülməyib. Yeni yayılma ərazilərinin tapılması, yasaqlıqların salınması vacibdir.
İstinadlar
Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar