() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Qısa təsviri Qanadları açılmış halda 60-65 mm-dir. Ön qanadların rəngi qəhvəyi-qaradır, qırmızımtıl rəngə çalır, eninə uzanan və dalğaşəkilli zolaq qonuru-bozdur, dairəvi və böyrəkşəkilli naxışın ortası boz olub, sarımtıl-boz rənglə haşiyələnmişdir. Dalğaşəkilli zolaq kəskin surətdə dişlidir, ön kənarında qara pazşəkilli ləkələr, xarici küncündə isə açıq ləkələr vardır. Arxa qanadlar qəhvəyi-qara, üzərindəki eninə zolaq isə çox enli və tünd qəhvəyidir.
Yayılması və sayı Mərkəzi və Cənubi Avropa, Cənubi Rusiya, Kiçik Asiya, Qərbi Türkmənistan, Cənubi Ukrayna, Gürcüstanda yayılmışdır. Azərbaycanda isə yalnız Kiçik Qafqazın dağətəyi meşələrində rast gəlinir. Son dərəcə azdır, cəmi 1 kəpənəyi tutulmuşdur.
Yaşayış yeri və həyat tərzi Dağətəyi və dağ meşələrində yaşayır. Kəpənəyi iyunun axırlarında, iyulda, avqustdan oktyabra qədər uçur. Gündüzlər bəzən mağaralarda gizlənir. Tırtılı apreldə, may və iyunda söyüd, qızılağac, fındıq, yemişanla, ot bitkilərindən – südləyən, gicitkən və turşənglə qidalanır.
Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların əkin üçün istifadə olunması, meşələrin qırılması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması məhdudlaşdırıcı amillərdəndir.
Qorunması üçün məsləhət görülən tədbirlər Yaşadığı ərazilərdə yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək qorunması üçün məsləhət görülən tədbirlərdəndir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1758-ci ildə təsvir edilən güvələr Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları