Torlu qaymaqçiçəyi (Elmi adı - Ranunculus arachnoideus) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. 5-6 sm hündürlükdədir. Kökətrafı yarpaqları uzun saplaqlıdır, yarpaq ayası dairəvi-ürəkvari, qalın, göyümtül, əsasən dərin 3 bölümlüdür. Orta dilimi enli, tərs-yumurtavaridir. Yan tərəfdəkilər romb şəkilli, 2 dərin bölümlüdür. Gövdə yarpaqları kiçilmiş, əsasından 3 lansetvari və ya uzunsov – lansetvari, tamkənarlı və ya dişli seqmentlərə bölünmüşdür. Nektarlığı 12-16 mm uzunluqda, qızılı-sarı, geniş yumurtavaridir. Meyvələri 3-3,5 mm uzunluqda, tərs-yumurtavari, yan tərəfədn sızılmış, hamar, təpə hissədən qarmaqvaridir.Azərbaycan Respublikasının Qırmızı Kitabı Nadir və nəsli kəsilməkdə olan növlər. 2-ci nəşr. Bakı-2013
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə iyul-avqust aylrında baş verir. Alp qurşağında rast gəlinir. Yüksək dağlığın 3000-3800 (4000) m hündürlüyündə əsasən subnival və alp qurşaqlarında rast gəlinir.
Yayılması: Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələriФлора Азербайджана, 1953Əsgərov A.M., 2005Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012.
Sayı və tendensiyası Təbii ehtiyatı azalır. Populyasiyanın vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilən asılıllığı müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Təbii amillər (subnival qurşağın bitkisi olduğundan və qısa vegetativ dövrə malik olması, ətraf mühit amillərinə çox həssaslığı və qeyri stabil çınqıllı torpaqların tez-tez eroziyaya məruz qalması).
Mühafizə tədbirləri Yayıldığı ərazilərin mütəmadi monitorinqinin aparılması, toxumla yaxşı çoxaldığından mümkün qədər toxum ehtiyatının yığılması.
Yayılması BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında alp qurşağında yayılmışdır. Dağıntı və qaya töküntülərində bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
İstinadlar
Həmçinin bax
Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar