İrəvan trolleybusu () — Ermənistanın İrəvan şəhərində fəaliyyət göstərən trolleybus sistemi. Trolleybus xətti 16 avqust 1949-cu ildə fəliyyətə başlamışdır. Hazırda beş xətt fəaliyyət göstərir (1, 2, 9, 10, 15). İrəvan trolleybus sistemi İrəvanın bir ictimai nəqliyyat şəbəkəsini təşkil edir. Gümrü trolleybus sistemi 2005-ci ildə bağlandığından Ermənistanın tək trolleybus sistemi olmuşdur. Vaxtı ilə böyük bir sistem olmuşdur. 300 trolleybusdan ibarət olan sistem 20 xəttə sahib idi. Burada əsasən Çexoslavakiya istehsalı olan Skoda 9TR, 14Tr və ya Sovet istehsalı olan ZiU-682 modelləri istifadə edilirdi.

Maşrutlar Hazırda beş xətt fəaliyyət göstərir. №1. Aşxatanka meydanı-Crvej №2. Çarbax-Erebuni muzeyi №9. Avan-Pedaqoji Universitet №10. 5-ci mikrorayon Nor Nork-Stansiyası №15. 15 rayon-Aşxatanka meydanı 2011-ci il məlumatına görə sistemə aşağıdakı xətləri daxildir: 1, 2, 9, 10 və 15.

Tərkibi İrəvan trolleybusunda xəttində ümumilikdə 71 trolleybus fəaliyyət göstərir:

Fəaliyyət göstərənlər Škoda 14Tr — 26 Trolleybusları ЛиАЗ-5280 — 32 Trolleybusları Berliet ER100 — 10 Trolleybusları Škoda 9Tr — 1 Trolleybus (xidməti) ЛиАЗ-52803 — 2 Trolleybusları Trolleybus Berliet ER100 2005-ci ildə Lion şəhərindən əldə edilmişdir.

Əvvəllər istifadə edilən modellər МТБ-82 ЗиУ-5 ЗиУ-9 Škoda 9Tr Škoda 14Tr

Parkları İrəvanın trolleybus sistemi 2 depodan ibarətdir: "Şenqavit" və "Nor Nork". "Kanaker" deposu 1999-cu ildə bağlanmışdır.

Qalereya

İstinadlar

Mənbə transphoto.ru. yerevan.am

Kateqoriya:İrəvanda nəqliyyat Kateqoriya:Ermənistanda trolleybus sistemi