Casper milli parkı — Kanadanın qayalı dağlarında ən böyük milli park.

Tarixi Norz Vest Kompani üçün bölgədə ticarət mağazası olan Casper Hovesin şərəfinə adlandırılmışdır. 1907-ci il sentyabr ayının 14-də Casper Forest Park adı altında yaradılmışdır. 1930-cu ildə park statusunu almışdır."Jasper National Park of Canada: Visitor Information" . Parks Canada. 2013–09-26. Retrieved 2007–02-07. 2014-cü ildə Casper milli parkının 2154710 ziyarətçisi vardı.Jasper National Park of Canada Annual Report 2015  (PDF) (Report). Parks Canada. 2015. p. 2. Retrieved October 1, 2016.

Coğrafiyası thumb|Casper milli parkında Atabaska dağı|284x284px Kanadanın qərbində, Albert əyalətindədir. Sahəsi təqribən 1,1 mln. ha. 1907-ci ildə Atabaska çayının yuxarı axınında, Qayalı dağların iynəyarpaqlı meşələrlə və Alp çəmənləri ilə örtülü şimal yamaclarında (3747 m-ədək yüksəlikdə) yaradılmışdır; buzlaqlar var. Heyvanlardan qara və qonur ayı (qrizli), maral, dələ, vaşaq, puma, qar qoyunu; təqribən 200 növ quş məskunlaşmışdır. Parkı gəzmək üçün təqr. 1000 km piyada marşrutu salınmışdır. Banf, Yoxo və Kuteney milli parkları ilə birləşərək vahid kompleks əmələ gətirir.Casper milli parkı// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 193.

Ümumdünya irsi 1984-cü ildə Park Kanadanın qayalı dağlarındakı digər milli və əyalət parkları ilə birlikdə UNESCO Ümumdünya irsi elan edildi.

Həmçinin bax UNESCO Ümumdünya irsi

İstinadlar

Xarici keçidlər Kanada parkları- Casper milli parkı Casper milli parkı turizmi

Kateqoriya:Ümumdünya irsi Kateqoriya:Kateqoriya BTMİ II