() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Qısa təsviri Lələklənməsinin əksəriyyəti çəhrayıdır. Başında kəkili vardır. Başı, boynu, qanadları və quyruğu qara rəngdə, metal parlaqlıdır. Cavan quşlarda kəkil olmur. Onların rəngi bozumtul-qonur, bədənin altı daha açıq rəngdədir. Sürü halında gəzirlər. Yerdə, ağaclarda və kollarda yemlənir. Çığırtısı və nəğməsi kəskin-cırıltılı və xırıltılı səslərdir.
Yayılması Arealı Avropa və Asiyadır. Cənub-Qərbi Asiyada qışlayır. Adətən Naxçıvanda və Talışın dağüstü çöllərində yuvalayır. Qobustanda, Şamaxı yaylasında, Acınohur-Ceyrançöldə və Kiçik Qafqazın dağətəklərində yuvalaması sabit deyil. Qalan rayonlarda çoxalmadan sonrakı köçmələr zamanı rast gəlinir.
Yaşayış yeri və həyat tərzi Yarğanlı və qayalı açıq quru ərazilərdə məskunlaşır. Bəzən laq-da yuvalayır. Yuvasını yarğan və qaya yarıqlarında, saman və odun topalarında, bəzən isə birbaşa alaçıq döşəmələrində qurur. İyunda 4-5 göy yumurta qoyur. Çəyirtkə və başqa ziyanlı cücüləri məhv edir. Bəzi yerlərdə üzümlüklərə və başqa giləmeyvələrə zərər vurur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar