Marqarita Matveyevna Annenskaya () — rus əsilli Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1956)
Səhnə fəaliyyəti Marqarita Annenskaya 30 iyul 1896-cı ildə Tiflisdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildə Tiflis Xalq Teatrında başlamış, sonralar Tiflisin digər teatrlarında işləmiş, Armavir və Tula şəhərlərində çıxış etmişdir. 1930–1937-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur.
Əsas rolları: Panova ("Lyubov Yarovaya", K. Trenyov), Nadejda ("Sonuncular", M. Qorki), Elmira ("Tartüf", J. B. Molyer), Anna Karenina ("Anna Karenina", L. Tolstoy), Oliviya ("On ikinci gecə", U. Şekspir), Mariya Aleksandrovna ("Ailə", İ. Popov), Klavdiya Vasilyevna ("Şadlıq sorağında", V. Rozov), nənə ("Ağaclar ayaq üstə ölür", A. Kasona) və s. M. Annensakayanın yaratdığı obrazlar üçün bütövlük, səmimilik, incə yumor səciyyəvi idi.
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 2 fevral 1956 "Şərəf nişanı" ordeni
İstinadlar
Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Azərbaycan teatr aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri