Şoloxov prospekti — Rostov-na-Donu şəhərində, Rroletarnı və Pervomayski rayonlsrı arasında yerləşir. Rostov-na-Donu şəhərində uzunluğuna görə ikinci küçədir
Coğrafiyası Enegetiklər meydanından başlayaraq Aksay prospektinə qədər davam edir. Buradan federal əhəmiyyətli М-4 Don avtomagistralına çıxır. Prodpektin uzunluğu 7,8 km təşkil edir. Bir başa avtomagistrala çıxışı onun yükünü artırır. Küçədən avtomobil və troleybus nəüliyyatı hərəkət edir.
Adı 3 iyul 1984-cu ildə SSRİ Nazirlər Sovetinin göstərişinə görə Oktyabrskaya küçəsinin adı böyük sovet yazıçısı Mixail Aleksandroviç Şoloxovun şərəfinə Şoloxov prospekti adlandırılmışdır.
Prospekdə yerləşən obyektlər 220 px|right|thumb|Köhnə avtovağzal 220 px|right|thumb|Olimp-2 Rostov hava limanı. Köhnə avtovağzal - hazırda şəhər daxili məqsədlər üçün istifadə edilir. Sahəsinə görə şəhərin ən böyük parkı - Nikolay Ostrovski adına park, həm də burada Aviatorlar parkı vardır. Burada Rostovun havadan müdafiyəçilərinin şərəfinə abidə belə ucaldılmışdır. Şoloxov prospekti, ev 158 ünvanında yerləşən Yesenin adına kitabxana (1949-cu ildən fəaliyyət göstərir). «Lenta» hipermarketi. «Lukoyl», «Rosneft», «Başneft» şirkətlərinə aid ofislər. Rostovun əsas stadionu — «Olimp-2». Prospektin 14-cü xəttində Proletar qəbirstanlığı yerləşir. Selmaş prospektinə qovuşduğu yerdə Oktyabrskaya meydanı yerləşir. Meydanda dairəvi hərəkət təmin edilmişdir.
İstinadlar
Kateqoriya:Rostov-na-Donu prospektləri