Arta Dade (; 15 mart 1953, Tirana) — Albaniya pedaqoqu və siyasətçisi. Dade Albaniyanın Sosializm partiyasının üzvüdür. Dade mədəniyyət (1997–1998) naziri, xarici işlər naziri (2001–2002) vəzifələrində çalışmışdır.
Bioqrafiyası Arta Dade 15 mart 1953-cü ildə Tiranada anadan olmuşdur. Məktəbi bitirdikdən sonra 1972-ci ildən 1975-ci ilə qədər Tirana Universitetində xarici dillər fakültəsinin ingilis dili bölməsində təhsil almışdır. Universiteti bitirdikdən sonra Dade Tiranada yerləşən Asim Vokshi adına orta məktəbdə ingilis dili müəllimi kimi işləmişdir. 1985-ci ildə o, Tirana Universitetində fəaliyyətə başlamış, 1997-ci ilə qədər xarici dillər fakültəsinin ingilis dili bölməsində dərs deyimişdir.Arta Dade // Partisë Socialiste të Shqipërisë 1992-ci ildə Dade Böyük Britaniyada aspirantura təhsilini bitirmişdir.
1991-ci ildə Albaniya Sosializm partiyasına üzv seçilmişdir. Bir il sonra partiya şurasına seçilmişdir. 1997-ci il hadisələri zamanı bu partiyada mühüm rol oynamışdır. 1998-ci ildə beynəlxalq münasibətlər (bir neçə dəfə bu vəzifəyə yenidən seçilmişdir) üzrə Sosializm partiyasının katibi olmuşdur.
1997-də ilk dəfə Xalq məclisinin (Fieri ərazisi üzrə namizəd olmuşdur) üzvü mandatını almışdır. 2001 və 2005-ci ildə Xalq məclisinə yenidən seçilmişdir. Beləliklə Dade 2009-cu ilə qədər parlamentdə qalmışdır.
1997–1998-ci ildə mədəniyyət, gənclər və idman naziri vəzifəsində çalışmışdır. 2001–2002-ci ildə — xarici işlər naziri və baş nazir müavini vəzifələrində çalışmışdır. O, həmçinin Avropa Şurası Parlament Assambleyasında Albaniyanın nümayəndə heyətinin sədr müavini idi.
2013-cü ildən — xarici siyasət üzrə Albaniya komitəsinin sədridir. 2016-cı ildən — ATƏT-in Parlament Assambleyasında Moldova qrupunun sədridir.
Siyasi və ictimai-iqtisadi mövzular üzrə bir sıra məqalələrin müəllifidir.
Evlidir, iki uşağı var.
İstinadlar
Ədəbiyyat Alan Day: A political and economic dictionary of Eastern Europe. Routledge: 2002, s. 163. ISBN 9781857430639. Robert Elsie: Historical Dictionary of Albania. Scarecrow Press: 2010, s. 96–97. ISBN 9780810861886.
Xarici keçidlər Профиль на сайте СПА
Kateqoriya:Albaniya qadın diplomatları Kateqoriya:XXI əsr tərcüməçiləri Kateqoriya:XXI əsr Albaniya siyasətçiləri Kateqoriya:XXI əsr Albaniyanın qadın siyasətçiləri Kateqoriya:Albaniya nazirləri