Paul Blobel (; ) — Alman nasist hərbi cinayətkarı, SS-Standartenführer və SD üzvü. Potsdam şəhərində anadan olmuşdur. Birinci dünya müharibəsində iştirak etmiş, müharibədən sonra memar kimi işləmişdir. 1924-cü ildən 1931-ci ilə qədər memar kimi işlədikdən sonra Nasional Sosialist Alman Fəhlə Partiyasına qatılmışdır. Blobel Kiyev və ətraf bölgələrdə 33.771 nəfər yəhudinin öldürülməsi ilə nəticələnən Babi Yar qətliamının əsas təşkilatçılarından biri kimi tanınır. Qətliamın əsas iştirakçılarndan olan Sonderkommando 4a birliyinin komandiri olmuşdur.
Həyatı
Kateqoriya:Potsdamda doğulanlar Kateqoriya:İkinci Dünya müharibəsində Almaniya hərbçiləri Kateqoriya:XX əsr Almaniya memarları