İribaş xul () — başının iri olması ilə fərqlənir. Başı və bədənin ön hissəsi qalınlaşmış formadadır. İkinci bel üzgəcinin hündürlüyü demək olar ki, bərabərdir. Qarın sormac yaxasının pərləri xırda fərdlərlə iti, iri fərdlərdə isə kütdür. Belində tünd qonur xallar var. Böyürlərində bu xalların sayı beşdir. Onlardan biri üçkünc formalı quyruq üzgəcinin əsasındadır. Yayılması Xəzərin sahil zonasının daşlıq hissələrində yayılmışdır. Azərbaycan bölməsində ən çox Abşeron və Neft Daşları rayonunda, digər sahil zonasında və şirin su hövzələrində yayılmışdır. Xəzərdə bir yarımnöv - Qorlap xulu- N.kgorlap İijin əmələ gətirir. Qara dəniz növündə başın forması az və ya çox dərəcədə iti, Xəzər növündə isə üçkünc və kütdür. Yaşayış yeri və həyat tərzi Dənizin sahil zonasında və şirin su hövzələrində azsaylıdır. Sahilin daşlı hissələrində Abşeron rayonunda və Kür Daşı adasında onun miqdarı artır. Çaylarda və onların qollarında, daha çox Kürdə, Lənkərançayda, Astaraçayda, Mingəçevir və Varvara su anbarlarında yayılmışdır. Çoxalması 2-3 yaşında cinsi yetişkənliyə çatır, aprel - may aylarında Volqanın aşağılarında və Orta Xəzərin qərb sahillərində çoxalır. Məhsuldarlığı 1302 - 6905 ədəd kürüdən ibarətdir. Balığın bədəni açıq - boz rəngində olduğundan sahil daşlıqları arasında onları görmək çox çətin olur. Təsərrüfat əhəmiyyəti Vətəgə əhəmiyyəti yoxdur. Həvəskar balıqçılar üçün yaxşı ov obyektidir.Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003,  səh77.

Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 141. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 212 s.

İstinadlar

Kateqoriya:Xəzər dənizinin endemik faunası Kateqoriya:Azərbaycan balıqları Kateqoriya:Rusiya balıqları Kateqoriya:Xəzər dənizi balıqları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər