Ölümsüzlər () — 2011-ci ildə rejissor Tarsem Sayn tərəfindən çəkilmiş, əsas rolları Henri Kavill, Freida Pinto və Miki Roukeni oynadığı ABŞ istehsalı olan fantaziya filmidir. Filmdə həmçinin Lük Evans, Stiv Bayers, Kellan Latz, Cozef Morqan, Stefen Dorff, Daniel Şarman, Alan van Spranq, Izabel Lukas, Kori Sevier və Con Hört kimi aktyorlar da çəkilmişdirlər. Film əvvəlcə Döyüşün Şəfəqi və Döyüş Tanrıları adlandırılmışdı, lakin filmin yunan mifologiyasındakı Tesey haqqında olması adının Ölümsüzlər olaraq dəyişməsinə səbəb oldu.
Əsas fotoqrafiya 5 aprel 2010-cu ildə Montrealda başladı və film 2011-ci ilin 11 noyabr tarixində 2D və 3D formatlarında Universal Pictures və Relativity Media tərəfindən yayımlandı. Yayımlandığı ərəfədə kinotənqidçilər tərəfindən çox qarışıq rəy almasına baxmayaraq, film yüksək büdcəli gəlir ilə uğur qazana bildi. Məzmun İnsanların və məxluqlar dünyada olmamışdan əvvəl ölümsüzlər cənnətdə bir-birilərinə qarşı müharibədə idilər. Qaliblər özlərini tanrı elan edərək məğlub olanları Titanlar adlandıraraq Tartara həbs etdilər. Möhtəşəm qüvvəyə sahib olan Epirus Bow adlı silah isə yerdə itirildi.
E.Ə. 1228-ci ildə ölümlü kral Hiperion bu silahın axtarışına başladı. Buna səbəb isə silahdan istifadə edərək Titanları azad etmək və tanrılardan ailəsini xəstəlikdən xilas etməyə kömək etmədikləri üçün qisas idi. hiperion bakirə Fedranı oğurlayaraq onun öncə görmələrinin köməyi ilə həmin silahın yerini öyrənməyə çalışır.
Hiporion balaca kənd yaxınlığında sakinləri toplayaraq öz ordusunu Tartar dağlarına yönləndirməyə başlayır. Sakinlərdən biri Tesey bir yaşlı kişi tərəfindən yaxşı təlim keçmiş bir döyüşçüdür. Lakin o zorakılığa məruz qalmış anadan doğulub və onlar Lisander kimi Afinalı əsgərlərin arxasında gizlənməli olduqları üçün "lazımsız" olaraq qiymətləndirildilər. Afinalı zabit Lisanderi buna görə pisləyir və ordudan geri çəkir. Lisander Hiperionun yanına gedərək öz xidmətini və kəndi təklif edir o isə razılaşır. Hiperios kəndə hücum edərək kəndliləri eləcə də Teseyin anasını öldürərək Teseyi qaçırdır.
Yaşlı kişi tanrı olan həmkarları Atena, Poseydon, Ares, Apollo və Herakl ilə görüşəndə onun əslində tanrı Zevs olduğu məlum olur. Zevs onları insanlar ilə tanrı kimi rəftar etməməyi tapşırır.
Tesey qaldığı qəfəsdə digər məhkumlar olan oğru Stavros və Fedra ilə tanış olur. Fedra öncə görmələrinin köməyi ilə onlar və digərləri ilə birlikdə azad ola bilirlər. Poseydon və Zevsin əmrinə qarşı gələrək Olimpiyadan yerə enərək okeana girir və sunnaminin olmasına səbəb olur. Bu isə Hiperionun dəniz ordusunun məhv olması ilə nəticələnir. Bu vaxt Fedranın başqa öncə görməsi baş verir. O, Teseyə evə qayıdaraq anasını dəfn etməli olduğunu müəyyən edir.
Aetranın cəsədinin Labirintə olduğu bir vaxt, Tesey həmin silahın yerini tapır. Lakin bu vaxt Hiperionun əsgəri tərəfindən hücuma məruz qalır və onu məğlub edə bilir. Fedra əvvəllər Teseyə hörmət etsədə sonradan ona aşıq olurlar. Eşq yaşadığı üçün bakirəliyini itirən Fedra eyni zamanda öncə görmə qabiliyyətini də itirmiş oldu.
Hiperionun ordusunun Tartar dağına girməyə çalışdığı vaxt Tesey Bow silahı itirir. Belə olan vaxt Aries Teseyi xilas etmək üçün müdaxilə edir. Bu vaxt Zevs qəzəbli halda yerə enir və qaydaları pozduğuna görə Ariesi öldürür. Zevs Teseyə Ariesin cəsədinin bütün tanrılara dərs olması üçün ortalıqda qalmasını tapşırır. İtirilmiş silahı isə Hiperion ələ keçirir.
Tesey, Stvros və Fedra Tartar dağlarına çatırlar. Hiperion Silahdan istifadə edərək Kassabar və Heliosu öldürür və Tesey gəlməmişdən qabaq dağı məhv etməyə çalışır. Bu cəhd qapıların açılmasına və Titanların azad olmasına səbəb olur. Stravos silahı götürərək bir Titanı öldürsədə başqa birisi tərəfindən öldürülür. Teseyin Hiperios ilə dava etdiyi vaxt Zevs, Poseydon, Afina, Herakl və Apollo müharibə yerinə gəlir. Tesey Hiperionu öldürdüyü vaxt Zevs silahı məhv edərək bir daha kimi güclü olduğuni göstərir. Bu vaxtda isə Afina ölmüş olur. Dağın uçulmasına yaxı Zevs Afinanın cəsədini götürərək Olimpusa aparır. Dağın uçulması ilə bütün ordu məhv olur. Tesey göstərmiş olduğu şücaətə görə Olimpiyaya göndərilir.
İllər sonra Teseyin hekayəsi əfsanəyə çevrilir. Tanrıların hədiyyəsi kimi Fedra Teseydən Akamas adlı uşaq dünyaya gətirir. Bir gün Akamas bir yaşlı kişi ilə görüşür və kişi ona deyirki nə vaxtsa yenidən müharibə olacaq və o öncə görmələrindən qorxmamalıdır. Bu vaxt Akamas göyə baxaraq gələcəkdə minlərlə tanrı və Titanlar arasında atası Teseyin başçılığı ilə olacaq müharibəni görür. Rollarda thumb|220px| Rejissor Tarsem Sayn və aktyorlar Lük Evans, Henri Kavill və İzabel Lukas WonderCon 2011 mərasimində. Henri Kavill — Tesey, Zeus tərəfindən iblislə döyüşmək üçün yaradılmış ölümlü Robert Naylor — Gənc Tesey Stefen Dorff — Stavros, Teseyin tərəfinə keçmiş oğru qulZeitchik, Steven (2008-06-27). Ancient epic "Dawn of War" follows "300" path . Reuters.com. Retrieved 2010-11-26. Luke Evans — Zevs, Səma tanrısı və tanrılar tanrısı Con Hört — Yaşlı kişi, Zevs tərəfindən insanlarla ünsiyyətə girmək üçün istifadə olunan maska.(2008-06-26). İzabel Lukas — Afina, Hikmət ilahəsi.(2008-11-05). Casting begins for 'Dawn,' 'Titans' . Variety. Retrieved 2010-11-26. Kellan Latz — Poseydon, Su tanrısı.Fischer, Russ (2010-03-22). Kellan Lutz Cast as Poseidon in War of the gods . /Film. Retrieved 2010-11-26. Freida Pinto — Fedra, Teseyə qoşulmuş könüllü.Sciretta, Peter (2010-02-23). "Slumdog Millionaire star Freida Pinto Cast in Tarsem’s War of the gods" . /Film. Retrieved 2010-11-26. Miki Rorke — Kral Hiperion, Heraklın kralı Cozef Morqan — Lisander, Kral Hiperiona qoşulmuş Afinalı xain Piter Stebbinqs — Helios, Afinalı general Daniel Şarman — Ares, Müharibə tanrısı Anne Dey-Cones — Aethra, Teseyin anası Qreg Brik — Nikomedes Korey Sevier — Apollo, İşıq tanrısı Stiv Byers — Herakl, Epirus Bow tanrısı Robert Maillet — Minotavr, Hiperionun öküz maskalı güclü əsgəri Romano Orzari — İkar, Afinalı döyüşçü Alan van Spranq — Dareios, teseyə qoşulan könüllü Stefen MakHatti — Kassander, Helleniks kralı Mark Marqolis — Yeni rahib Qeyq Munroe — Akamas, Fedra və Teseyin oğlu Tamas Menihart — Herakyalı
İstehsal Prosesi Bu film klassik yunan mifologiyası əsasındadır və 3D texnologiyası ilə hazırlanıb. Rejissor Tarsem Sayn verdiyi açıqlamasında intibah dövrü əsasında döyüş filmi çəkməyi planlaşdırdığını bildirmişdi. Verdiyi müsahibəsində bildirib ki "Bu bir növ Karavacconun Döyüş Klubu ilə birləşməsi kimidir. İntibah dövrünün motivləri əsasında döyüş filmi çəkmək maraqlı olardı. Bunun necə alınacağını görmək istəyirəm; lakin düşündüyümdən də daha maraqlı alındı. Bu ərəfədə isə daha da dərinə getməyin yaxşı fikir olacağını düşünürəm. Bu bir növ Baz Lurmanın Meksikada Romeo + Culyet çəkməsi kimi bir şeydir."Brandon Lee Tenney (2008-01-23). Tarsem Reveals Interesting War of the gods Plot Details . FirstShowing.net. Retrieved 2010-11-26. Film 80 milyon dollara başa gəldi (vergi güzəştlərindən sonra 75 milyon dollar) və marketinqdə təxminən 35 milyon dollar olaraq qiymətləndirildi.
Soundtrektlər Filmin musiqiləri Trevor Morris tərəfindən bəstələnib və 8 noyabr 2011-ci ildə satışa çıxarılıb.
Buraxılışı Kinotənqidçilərin Mövqeyi Ümumiyyətlə Ölümsüzlər kinotənqidçilər tərəfindən çox qarışıq rəylər alıb. Film Rotten Tomatoes tərəfindən aparılan dəyərləndirmədə 114 tamaşaçı tərəfindən 10 baldan 5 bal alaraq 35% toplaya bilib. Saytın verdiyi açıqlamada deyilir: "Real set qrupu, CG işi, və Tasemin atəşvəşanlıq işləri, lakin eyni idea Ölümsüzlər-in zəif hekayəsi üçün deyilə bilməz.""Immortals (2011)" . Rotten Tomatoes. Retrieved August 3, 2014. Metacritic-də 23 tənqidçinin səs verməsi ilə 100-dən 46 toplayaraq qarışıq rəy almış oldu.name="CinemaScore"> Rocer Ebert 4 ulduzdan 2 ulduz verərək filmin yaxşı kimi görünən dəhşətli film olduğunu vurğulayıb. The Guardian isə 5 ulduzdan 3 ulduz verərək Teseyin döyüş səhnələrinin heç bir məntiqə uyğun olmadığını qeyd etdi.
Bununla bərabər film MTV.com tərəfindən ilin ən yaxşı filmlərindən biri seçildi. Həmçinin film Gay Locun HitFlix-də 2011-ci ilin ən yaxşı 20 filmlər arasında yer aldı. Bunda başqa Toro Magazine-nin top 10-luğunda eləcə də Glasgow To The Movies-də 2011-ci ilin ən yaxşı 10 filmi siyahılarına daxil ola bildi. Mark Estmen filmi Are You Screening.com-da üçüncü yerə layiq gördü. Filmin həmçinin "Ən Yaxşı Fantaziya Filmi" kimi nominasiyada Saturn Mükafatının bir neçə nomonasiyasına da namizədliyi irəli sürülüb. Büdcəsi Şimali Amerikada 11 noyabr 2011-ci ildə nümayiş olunmağa başladı. Nümayişə başladığı gecədə 1.4 milyon dollar qazanaraq açılış günündə ümumilikdə 14.8 milyon dollar gəlir əldə etdi. Həftənin sonunda 32.2 mln qazanaraq Relativity Media-nın ən bahalı həftəsi olan filmlərindən biri oldu. Filmin 3D formatda olması ən əhəmiyyətli məqamlardan biridir. Tamaşaçıların 60%-i kişi 75%-i isə yaşı 35-dən aşağı olan insanlar idi.
Şimali Amerikadan kənarda, film ilk həftəsində 35 ölkədən 38 milyon dollar qazandı. Ən çox gəlir qazandığı ölkələr isə Rusiya (8.2 mln dollar), Çin (5.7 mln dollar) və Cənubi Koreyadır (4.5 mln dollar). Birləşmiş Ştatlar və Kanadada 83,504,017 dollar, başqa ölkələrdə 143,400,000 dollar, ümumilikdə isə 226,904,017 dollar gəlir əldə edib.
Mükafat və Nominasiyalar İl Mükafat Kateqoriya Namizəd Nəticə Ref. 2012 Saturn Mükafatı Ən yaxşı fantaziya filmi Ölümsüzlərname="AccoSaturn"> Ən yaxşı layihə dizaynı Tom Foden Ən yaxşı makyaj Annik Çartier, Adrien Morot və Nikoletta Skarlatos
İl Mükafat Kateqoriya Namizəd Nəticə Ref. 2011 IGN Summer Film Mükafatı Ən yaxşı fantaziya filmi Ölümsüzlər Ən yaxşı 3-D film Ölümsüzlər
Ev Üçün Buraxılış Ölümsüzlər 5 mart 2012-ci ildə DVD, Blue-ray disc və Blue-ray 3D olaraq Böyük Britaniyada satışa çıxarıldı, ABŞ və Kanadada həmin ilin 6 mart tarixində prokatlara buraxıldı. Birinci həftəsində 20th Century Fox Home Entertainment tərəfindən 1.2 milyon tiraj ilə satılan film Home Entertainment tərəfindən birinci yerə layiq görüldü. 11 mart tarixinə qədər həftənin sonunda ümumilikdə 21,310,902 DVD satıldı. ABŞ-da 100 mindən çox 3D Blue-ray satıldı.
İstinadlar
Xarici Keçidlər Rəsmi sayt
Kateqoriya:2011-ci ilin filmləri Kateqoriya:Kanada filmləri Kateqoriya:Fantastika filmləri Kateqoriya:Yunan mifologiyası Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Qədim Yunanıstan haqqında filmlər Kateqoriya:Yunan-Roma mifologiyasına əsaslanan filmlər Kateqoriya:Yunanca filmlər Kateqoriya:2011-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin epik filmləri Kateqoriya:ABŞ-nin döyüş-macəra filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:İngilis dilində döyüş macəra filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2010-cu illərin döyüş macəra filmləri Kateqoriya:Relativity Media filmləri