Rixard Zorgenin abidəsi — Sovet İttifaqı Qəhrəmanı, İkinci dünya müharibəsində sovet kəşfiyyatçısı olmuş Rixard Zorgenin şərəfinə abidə. Abidə 1981-ci ildə ucaldılmışdır. Heykəltəraş Vladimir Siqal, memarlar Rasim Əliyev, Leonid Pavlov, Y. Dubovdur.

Abidənin açılış mərasimi 1981-ci ilin may ayında, Qələbə Günü ərəfəsində olmuşdur. Abidə Rixard Zorge adına parkda yerləşir. Abidə bürünc və qranitdən hazırlanmışdır. Şam, çinar, tut və Yaponiyadan gətirilmiş albalı ağacları ilə əhatələnmişdir.

Heykəltəraş Vladimir Siqal, özü belə deyirdi:

Rixard Zorgenin abidəsi uzunsov, əyilmiş bürünc lövhə formasında hazırlanmışdır. Bu radar qurğusunu xatırladır və abidənin mərkəzində Zorgenin üzünün ortası təsvir olunmuşdur. Onun baxışları xüsusi diqqət çəkir. Bununla heykəltaraş sovet kəşfiyyatçısı simvolunu yaratmağa çalışmışdır.

Abidənin şəkli Azərbaycan Sovet Ensiklopediyasında Siqal haqqında olan məqalədə yerləşdirilmişdir.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra abidə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Ədəbiyyat Rüfət Ağazadə, Yusif İbrahimli. "Azərbaycan memarlığı inkişaf yollarında", Bakı, "Elm", 2012. ISBN 978-9952-453-11-9

İstinadlar

Kateqoriya:Bakıdakı heykəllər Kateqoriya:1981-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Rixard Zorge Kateqoriya:İkinci Dünya müharibəsi abidələri Kateqoriya:Populyar mədəniyyətdə müharibə