Volqodonsk rayon diyarşunaslıq muzeyi — Rostov vilayəti Volqadonsk rayonu, Romanovskaya st. ərazisində yerləşən muzey. Muzeyin direktoru Nadejda Aleksandrovna Kufilovadır. Muzey dövlət bücəsi hesabına fəaliyyət göstərir. Muzey 1998-ci ildə təşkil edilmişdir. Muzey 1908-ci ildə tikilmiş binada yerləşir. Onun sahəsi 516 m²-dir. Muzey bir çox turistik maşrutlara daxil edilmişdir.

İstiqaməti Muzeyin əsas iş istiqaməti — Rostov vilayəti və Volqadonsk rayonunun əhalisinin həyatını əks etdirən eksponatlar saxlanılır.

Muzey etnoqrafiya, folklor və tarixi materiallarının toplanmasını həyata keçirir.

Burada əsas hədəf gəncləri və yeniyetmələrin vətənpərvərlik ruhunda böyüməsini təmin etməkdir. Bu məqsədlə burada görüşlər, gecələr, çıxışlar, ekskursiyalar, nümayişlər təşkil edir. Muzey elmi-tədris və elmi-araşdırma istiqamətində fəaliyyət göstərir.

Muzeydə "Əsgər medalyonu" adlı seksiya hazırlanmış və təşkil edilmişdir. Onun nəticəsindı rayon ərazisində Böyük Vətən müharibəsində həlak olmuş kimsəsiz əgərin qəbri aşkarlanmışdır.

Ekspozisiya Muzeydə daimi xarakter daşıyan sərgilər təşkil edilir: "Romanovskoe tarlası", "Qalibkər", "Don kazaklarının həyatı", "Qornisa".

Ziyarətçilər muzeydə sənədlər, yazışmalar, şəkillər və tarixi materialları görə bilərlər.

Muzeydə nəyinki, ekpozisiya zalında həm də rayonun küçə və xiyabanlarında yerləşən tarixi və mədəni irslər belə nümayiş etdirilir.

Muzeyin əsas fondu 1097 ədəd eksponatdır. Üstəlik 608 ədəd elmi-yardımçı ekponat vardır.

Muzeydə stanisanın maketi saxlanılır. Maştab: 1:5.

Adres Muzeyin yerləşdiyi adres: 347350, Rostov vilayəti, Volqadonsk rayonu, Romanovskaya st. Qələbənin 50 illiyi küçəsi, ev 71

İstinadlar

Kateqoriya:Rusiya muzeyləri Kateqoriya:Diyarşünaslıq muzeyləri Kateqoriya:Rostov vilayəti muzeyləri