Hyu Qrant (; ) — britaniyalı aktyor. Qrant, kino karyerası boyu ömürlük müvəfəqiyyətli karyerasına görə Fəxri Sezar mükafatı, Stenli Kubrik mükafatı və Piter Sellers adına mükafata layiq görülüb. Qrantın rol aldığı filmlər 2 milyarddan artıq gəlir əldə edib.
Karyerası Qrant, kinoya ilk dəfə diqqətə Moris filmiylə gəlib. Filmdə canlandırdığı obraz ilə Venesiya Film Festivalında mükafata layiq görülüb. Dünyaca məşhurlaşması isə 4 Toy, 1 Dəfn filminin ardından oldu. Filmdəki roluna görə Qızıl Qlobus, BAFTA mükafatlarına layiq görüldü, həmçinin David di Donatello mükafatına namizəd göstərildi. Sonrakı il Hissiyyat və həssaslıq (1995) filmində rol aldı. Ən yaxşı filmə görə Oskar mükafatına namizəd göstərilən film bu mükafata namizəd göstərilən sayca üçüncü Hyu Qrant film idi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları