Jan Anuyl (, ) — fransız dramaturqu.

Həyatı Sorbonna Universitenin hüquq fakültəsini bitirmiş, reklam agentliyində işləmişdir. "Çamadansız müsafir" (1937) pyesi ilə məşhurlaşmışdır. "Çəhrayı pyeslər" (istehzalı-lirik komediyalar: "Oğruların rəqs gecəsi", 1938; "Sanlisdə görüş", 1941), "tikanlı pyeslər" ("Zavallı Bitos", 1956) və s. silsilə dramları var. "Ürkək qız" (1938), "Antiqona" (1943), "Torağay" (1953), "Dəlisov və ya məftun irticaçı" (1959), "Mağara" (1961) pyeslərində insani ləyaqətləri və əxlaqi görüşləri uğrunda mübarizə aparan insanlardan bəhs etmişdir. Dövrünün sosial-fəlsəfi problemlərini dərindən dərk edən Anuyl pyesləri süjet təbiiliyi, emosionallığı, yumoru ilə seçilir. "Medeya" əsəri Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur.

İstinadlar

Kateqoriya:Fransız yazıçılar Kateqoriya:Fransız dramaturqlar Kateqoriya:Toni mükafatı laureatları Kateqoriya:Fransa dramaturqları Kateqoriya:Fransa ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:Dramlar