Şalat — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 19 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Şələt formasındaİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.150 qeyd edilmişdir.

Toponim türk dilində şala ağacını bildirən şala (şal formasında da işlənmişdir) sözünəДревнетюркский словарь, Л., «Наука», 1969. s.520 qədim türk dilində cəmlik bildirən -t şəkilçisininДревнетюркский словарь, Л., «Наука», 1969. s.663 artırılması yolu ilə əmələ gəlmişdir. Azərbaycan dilində «qalın meşə» mənasında işlənən şellix sözü iləYüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, «Elm», 1966. s.133 şal, şala eyniköklü sözlərdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı dəyişdirilib Şaqat qoyulmuşdur.

İstinadlar

Kateqoriya:Zəngəzur kəndləri