Zeyvə - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi
Rayon mərkəzindən 16 km şimal-qərbdə, Oxçu çayı ilə Gığı çayının qovuşduğu yerdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.97.
Toponim ərəb dilində «guşə, künc, bucaq» mənasında işlənən zaviyə sözüƏrəb və fars sözləri lüğəti, Bakı, Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.207 əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 29.VI.1949 - cu il fərmanı ite kəndin adı dəyişdirilib Davidbəy qoyulmuşdur.
Əhalisi Kənddə 1926-cı ildə 14 nəfər, 1931-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.56-57, 134-135.
İstinadlar
Kateqoriya:Zəngəzur kəndləri