Sovet xalqı — SSRİ-də vətəndaş kimliyi,Данилова Е. Н. Изменения в социальных идентификациях россиян // Социологический журнал. — 2000. — № 3/4. nəzəriyyəsi,Avstriyada yaşayan soydaşlarımızla görüşdə Azərbaycan Respublikasi Prezidenti Heydər Əliyevin çıxışı - Vyana, 5 iyul 2000-ci il . aliyevheritage.org insanların tarixi birliyi.
Tarixi "Sovet xalqı" termini ilk dəfə 1920-ci ildə SSRİ əhalisini özündə ehtiva edən anlayış kimi işlədilmişdir.İbrahim Əliyev. Sovet xalqının insanların yeni tarixi birliyi olması haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri . strategiya.az, 30.01.2014 Lakin həmin dövrdə elə də ciddi bir ideoloji məzmun kəsb eləməmişdir.
1961-ci ildə Sov.İKP-nin XXII qurultayında Nikita Xruşşov ilk dəfə olaraq sovet xalqını yeni tarixi birlik kimi xarakterizə edir. Lakin bu halda da sovet xalqı anlayışı sonradan gücləndirilmiş və ideologiyalaşdırılmış səviyyədə deyildi.22-й съезд КПСС (17 - 31 октября 1961 года): Стенографический отчет,т.1, , Москва, 1962. стр. 153 Çünki insanların yeni tarixi birliyinin yaranması ideyasının başlıca dəlili bunlar hesab edilirdi: bir sosium olaraq onun SSRİ-nin simasında ümumi bir vətənin olması; ümumi iqtisadi bazası kimi sosialist təsərrüfatının olması; ümumi sosial-sinfi strukturunun olması; marksizm-leninizm kimi ümumi dünyagörüşünün olması; Kommunizm qurmaq kimi ümumi məqsədinin olması; mənəvi simasında və psixologiyasında ümumi cizgilərin olması.
1970-ci illərdən etibarən Sovet xalqının formalaşdırılmasının yeni mərhələsi başlayır. 1971-ci ildə bu tezis Sov.İKP-nin XXIV qurultayında Leonid Brejnevin hesabat çıxışında səslənirМатериалы XXIV съезда КПСС, 1971. стр. 76 ; bir qədər sonra isə o SSRİ-nin 50 illik yubileyi ilə əlaqədar Sov.İKP MK–nın qərarında öz əksini tapır. Bundan sonra ideoloji don geyindirməklə "Sovet xalqı" termini partiya və dövlət orqanlarının gündəlik fəaliyyətinin əsas təbliğat istiqamətlərindən birinə çevrilmişdir.
Nəhayət, 1977-ci ildə qəbul edilmiş SSRİ-nin yeni konstitusiyasının preambulasında belə bir müddəa ifadə olunmuşdur:
"Sovet cəmiyyəti bütün millətlərin və xalqların yaxınlaşması əsasında insanların yeni tarixi birliyinin – sovet xalqının təşəkkül tapdığı yetkin sosialist münasibətləri cəmiyyətidir."Конституция (Основной закон) Союза Советских Социалистических Республик. Принята на внеочедной седмой сессии Верховного Совета СССР девятого созыва. 7 октября 1977 г.Москва, Политиздат, 1977. стр. 2
Lakin belə bir ideya tarixin sınağından keçə bilmədi, SSRİ-nin dağılması ilə bu nəzəriyyə də sona çatdıAzərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda keçirilən Beynəlxalq Konfransda və Qafqaz Müsəlmanları Qurultayında nitqi - 30 sentyabr 1998-ci il . aliyevheritage.org .
9 dekabr 1998-ci ildə "İslam sivilizasiyası Qafqazda" mövzusuna həsr edilmiş beynəlxalq simpoziumdakı çıxışı zamanı Azərbaycan Prezidenti Heydər Əliyev "Sovet xalqı" termini ilə bağlı belə demişdir:
"Keçmişdə, sovet hakimiyyəti dövründə din qadağan edildiyinə görə kim müsəlmandır, kim xristiandır - hamısı bir idi, hamısı da sovet xalqı hesab olunurdu. Hətta xalqların adını da xırda-xırda aradan götürmək meylləri inkişaf edirdi. "Vahid sovet xalqı", "insanların yeni tarixi birliyi" kimi terminlər var idi.""İslam sivilizasiyası Qafqazda" mövzusunda beynəlxalq simpoziumda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi . aliyevheritage.org, 09.12.1998
O, 6 fevral 2003-cü ildə TÜRKSOY Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri daimi şurasının XIX toplantısındakı çıxışı zamanı da belə demişdir:
"...çünki onda sovet ideologiyası, bir də ümumi sovet xalqı vardı. Get-gedə millətlər əriyib gedirdi, olacaqdı ümumi sovet xalqı."TÜRKSOY Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri daimi şurasının XIX toplantısında Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı . aliyevheritage.org, 06.02.2003
İstinadlar
Kateqoriya:SSRİ əhalisi Kateqoriya:Etnik qruplar Kateqoriya:Sovet frazeologiyası Kateqoriya:Avropada yaşayan etnik qruplar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:SSRİ tarixi Kateqoriya:SSRİ şəxsləri