Elmira Qəmbərova () — Azərbaycanı təmsil edən sərbəst güləşçi.

Karyerası Elmira Qəmbərova beynəlxalq turnirlərdə birinci uğuruna 2014-cü ildə Polşada gənclər arasında Avropa Çempionatını gümüş medalla başa vurmaqla imza atdı. Həmin il Elmira Qəmbərova həm də Xorvatiyada gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2015-ci ilin martında isə Elmira Qəmbərova Polşada U23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin il Avropa Oyunlarında çıxış edən Elmira Qəmbərova 2015 və 2016-cı illərdə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirləri beşinci pillələrdə başa vurdu.

2017-ci ildə Elmira Qəmbərova Kiyev şəhərində beynəlxalq turnirin gümüş medalına sahib oldu, Macarıstanda U23 Avropa Çempionatını və Serbiyada Avropa Çempionatını isə yeddinci pillələrdə başa vurdu. Mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olan Elmira Qəmbərova həmin il Paris şəhərində (Fransa) Dünya Çempionatında debüt etdi və turniri 12-ci pillədə başa vurdu. 2018-ci ildə Elmira Qəmbərova Rusiyada Avropa Çempionatını 8-ci, Macarıstanda Dünya Çempionatını isə 14-cü pillədə başa vurdu.

Karyerasın ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Elmira Qəmbərova əvvəl Fransa Qran-Prisini beşinci pillədə başa vursa da, mövsümün növbəti nüfuzlu turnirlərində uğurlara imza atdı. Apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vuran Elmira Qəmbərova iyunda Belarusda Avropa Oyunlarının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.

2020-ci ildə əvvəl yanvarda İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirin bürünc medalına sahib olan Elmira Qəmbərova daha sonra fevralda İtaliyanın Roma şəhərində Avropa Çempionatını yeddinci pillədə başa vurdu. Elmira Qəmbərova 2021-ci ildə evləndi və idmanla vidalaşdı.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12014Gənclərin Avropa Çempionatı Polşa2.2Gənclərin Dünya Çempionatı Xorvatiya5.32015Paris Qran-Prisi Fransa12.4U23 Avropa Çempionatı Polşa3.5Avropa Oyunları Azərbaycan15.6Qızıl Qran-Pri Azərbaycan5.72016Qızıl Qran-Pri Azərbaycan5.82017Kiyev Turniri Ukrayna2.9U23 Avropa Çempionatı Macarıstan7.10Avropa Çempionatı Serbiya7.11İslam Həmrəyliyi Oyunları Azərbaycan3.12Dünya Çempionatı Fransa12.13U23 Dünya Çempionatı Polşa8.142018Avropa Çempionatı Rusiya8.15Y. Doğu Turniri Türkiyə5.16A. Medved Turniri Belarus3.17Dünya Çempionatı Macarıstan14.182019Fransa Qran-Prisi Fransa5.19Avropa Çempionatı Rumıniya3.20Sassari Turniri İtaliya2.21Avropa Oyunları Belarus2.22Dünya Çempionatı Qazaxıstan28.232020Yaşar Doğu Turniri Türkiyə3.24Avropa Çempionatı İtaliya7.

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:2015 Avropa Oyunlarında güləşçilər Kateqoriya:2019 Avropa Oyunlarında güləşçilər Kateqoriya:2019 Avropa Oyunlarında gümüş medal qazananlar Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Avropa Oyunlarının gümüş medalına sahib Azərbaycan idmançıları Kateqoriya:İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan idmançıları Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar