Gomur — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 14 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kömür kimiİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.60 qeyd edilmişdir.
Kəndin qədim adı erməni mənbələrində Gomer fonetik formasında qeyd edilir və ilk dəfə XIII əsrdən xatırlanırYeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, «Haypetrat», 1955. s.89. Kəndin adı həm də Gyumur, Gomk, Axta yuxarıYuxarı Axta - İ.B. formalarında göstərilmişdirerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.88.
Toponım qədım türk dilində. «dag başında dar, yarğanlı uçurum yer»mənasında işlənən komür sözündənРадлов В.В. Опыт словарья тюркских наречий, т.II, ч.2, СПб, 1899. s.1321 əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Komk qoyulmuşdur.
Əhalisi Kənddə 1831-ci ildə 27 nəfər, 1873 - cü ildə 285 nəfər, 1886- cı ildə 293 nəfər, 1897-ci ildə 353 nəfər, 1904 - cü ildə 365 nəfər, 1914 - cü ildə 400 nəfər, 1916-cı ildə 388 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.88-89, 158-159.
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 155 nəfər, 1926-cı ildə 200 nəfər, 1931-ci ildə 316 nəfər, 1939 - cu ildə 386 nəfər, 1959 - cu ildə 381 nəfər, 1970-ci ildə 590 nəfər, 1979 - cu ildə 745 nəfərHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.942 yalnız azərbaycanlı yaşamışdır. Erməni mənbələrində isə yuxarıda göstərilən statistik məlumatlar ermənilərə aid edilir və guya ermənilər buraya 1828-ci ildə İranın Xoy vilayətindən köçürülmüşdür. Bu, tamamilə yalandır və erməni saxtakarlığıdır. Gomur Kəndində ən qədim zamanlardan 1988-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. XIX-XX əsrin əvvəllərində (1831-1931) burada azərbaycanlıların yaşadığını erməni alimi Z. Qorqodyanın əsərində aydın şəkildə göstərilir.
İ.Şopenin də əsərində kəndin köklü sakinlərinin məhəmmədiazərbaycanlılar - İ.B. olduğu qeyd edilmişdirШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.619-620. Azərbaycanlılar 1988-ci ilin noyabrın sonunda Ermənistan dövlətinin deportasiyasına məruz qalmışdır. İndi ermənilər yaşayır.
Gomurda 1918-ci ildə 400 nəfər əhali olmuşdur. Nijdenin cəllad xislət quldur dəstələri kəndi dörd tərəfdən mühasirəyə almış, əhalini böyük-kiçik demədən qılıncdan keçirmişlər. Şahidlər demişlər ki, Axta çayının suyu sanki qan axırdı.Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri