Əhməd İldiz (29 noyabr 1996-cı ildə anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Kasımpaşa klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriya futbolçusu.

Peşəkar karyerası İldiz öz gənclik karyerasına Rapid Vyana FK klubunda başlamışdır. 14 yaşı olarkən klubun gənclər akademiyasında çıxış etməyə başlamışdır. İldiz 1 sentyabr 2016-cı ildə Kasımpaşa klubu ilə müqavilə imzalamışdır. İldiz öz peşəkar karyerasında debütünü Kasımpaşa klubu ilə 6 noyabr 2016-cı ildə Konyaspor klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Kasımpaşa liqa oyununda Konyaspora 2-1 hesabı ilə məğlub olmuşdur.

Şəxsi həyatı İldiz Avstriyada anadan olmuşdur. Valideynləri isə Türkiyə vətəndaşıdır. Onun qardaşı Məhəmməd İldiz də peşəkar futbolçudur. Haı-hazırda Süper Liqa komandalarından olan Qaziantepspor FK klubunda çıxış edir.

İstinadlar

Xarici keçidlər Ildiz TFF Profile Ildiz Mackolik Profile

Kateqoriya:Avstriya futbolçuları Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Avstriyanın kişi futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları