Azərbaycan–Meksika münasibətləri — Azərbaycan Respublikası ilə Meksika Birləşmiş Ştatları arasındakı mövcud ikitərəfli əlaqələr.

Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 10-da qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az .

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi 10 yanvar 2008-ci ildə, Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi isə 1 oktyabr 2014-cü ildə təsis edilmişdirAzərbaycan Respublikası və Meksika Birləşmiş Ştatları arasındakı münasibətlər. mfa.gov.az, fevral 2016 .

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Nağı Əbdüləzimov olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən Ülvi Quliyev işçi qrupunun rəhbəridir.

8 aprel 2010-cu il tarixində Meksika Konqresinin Deputatlar Palatasında Meksika–Azərbaycan parlamentlərarası işçi qrupu yaradılmışki, həmin qrupun 2016-cı ilin məlumatlarına görə rəhbəri Raymundo Kinq de la Rosa idi.

4 noyabr 2011-ci ildə "Senatın Asiya-Sakit okean ölkələri üzrə xarici əlaqələr komitəsinin Dağlıq Qarabağ regionunda münaqişəyə dair rəyi" adlı sənəd (Təkliflərlə birgə Razılaşma maddəsi) Meksika Senatında qəbul edilmişdir. 8 dekabr 2011-ci ildə Meksika Konqresinin Deputatlar Palatasının sessiyasında "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında" sənəd (Razılaşma Maddəsi) qəbul edilmişdir. thumb|Mexikoda Xocalı soyqırımına həsr edilmiş abidə 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılmışdırMeksika Hocalı katliamını kınadı . sabah.com.tr Mexican Senate recognizes Azeris massacre as genocide. azernews.az . Bundan sonra 23 avqust 2012-ci ildə Meksikada Xocalı soyqırımına həsr olunmuş abidə qoyulmuşdur. Abidə paytaxt Mexikonun Tlakskoake–Xocalı meydanında yerləşirMeksikanın paytaxtında Tlakskoake–Xocalı meydanı istifadəyə verilib. aztv.az .

17-20 iyul 2012-ci il tarixlərində Meksika Konqresinin Deputatlar Palatasının Sədri Oskar Martin Arse Paniaqua və Meksika–Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Azərbaycanda səfərdə olmuşlar.

Viza Meksikaya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün viza tələb edilir"Passport and visa requirements" . olympicair.com. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir.

İqtisadi əlaqələr Ticarət 2015-ci ildə Meksikadan Azərbaycana idxal 22217,7 min ABŞ dolları, ixrac əməliyyatları isə 42,6 min ABŞ dolları məbləğində olmuşdurAzərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Azərbaycanın Xarici Ticarət Əlaqələri (yanvar-dekabr 2015). 2015-ci ilin yanvar-dekabr aylarında idxal və ixraca dair göstəricilər . Bakı, 2016, səh. 9. .

Əmtəə dövriyyəsi (min doll.)

İlİxracIdxalÜmumi dövriyyəsi2020202,8450 132,1750 335,012021467,3164 421,5164 888,82202233,4962 987,2863 020,77

Mədəni əlaqələr Filateliya məhsulları thumb|2010-cu ildə buraxılmış Azərbaycan poçt markaları thumb|2024-cü ildə buraxılmış Azərbaycan poçt markaları: qutab və tako 2010-cu ildə hər iki ölkə tərəfindən poçt markalarının "Azərbaycan - Meksika" birgə buraxılışı çap edilmişdirAzerbaijan-Mexico joint issue . azermarka.az, 12.10.2010 . Markalarda Atəşgah və Teotluakan təsvir edilmişdirJoint Issue Mexico-Azerbaijan - Ateshkah wnsstamps.ch .

Müqavilə-hüquq bazası İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanmışdır. Ümumilikdə Azərbaycan Respublikası ilə Meksika Birləşmiş Ştatları arasında 5 sənəd imzalanmışdır.

İdman sahəsində əməkdaşlıq 1985 FİFA Dünya Gənclər Çempionatı 1985-ci ildə SSRİ-də təşkil olunmuş FİFA Dünya Gənclər Çempionatının "D" qrupunun oyunları Azərbaycanda keçirilmişdir ki, Meksikanın gənclər millisi də həmin qrupda yer almışdır. Onlar lider kimi bitirdikləriFIFA World Youth Championship USSR 1985: Groups . fifa.com qrup mərhələsinin hər üç oyununu Bakıda keçirmişlər. Hər üç oyunda da rəqiblərinə qalib gələn meksikalılar Çini 3:1FIFA World Youth Championship USSR 1985: First stage - Group D: China PR–Mexico . fifa.com , Paraqvayı 2:0FIFA World Youth Championship USSR 1985: First stage - Group D: Paraguay–Mexico . fifa.com və İngiltərəni 1:0FIFA World Youth Championship USSR 1985: First stage - Group D: England–Mexico . fifa.com hesabları ilə məğlub etmişlər. Meksika millisi 1/4 final mərhələsinin də oyununu Bakıda keçirmişdir. Lakin həmin matçda Nigeriya millisinə 1:2 hesabı ilə məğlub olan meksikalılar mübarizəni dayandırmışlarFIFA World Youth Championship USSR 1985: Quarter-finals: Mexico–Nigeria . fifa.com .

İstinadlar

Xarici keçidlər Azərbaycanin Meksikadaki səfirliyi Rəsmi sayti Meksikanin Azərbaycandaki səfirliyi Rəsmi sayti İkitərəfli münasibətlər