Birbelüzgəcli şimal terpuqu () — Terpuqkimilər (Hexagrammidae) fəsiləsinə daxil olsn balıq növü. Sakit okeanda yayılmışdır. Balıqçılık sənayesi üçün qiymətli balıq növüdür.

Areal Sakit okeanın şimalında yayılmışlar. Onlar Kuril adaları sahil sularından başlayaraq Kamçatka yarımadası sahillərinə, Berinq dənizinə qədər yayılırlar. Onlara həmçinin Yapon dənizinin şimalı, Oxot dənizi və Komandor adaları sahilləri belə müşahidə edilirlər. Amerika sahillərində isə Alyaska körfəzi, Aleut adaları və Kaliforniya sahillərində müşahidə edilirlər.

Təsviri Maksimal uzunluğu 56,5 sm, çəkisi isə 2 kq təşkil edir. Maksimal ömür müddəti 15 ildir. Bir ədəd bel üzgəcinə sahibdir.

Çoxalması Erkəklər 4–5, dişilər isə 5 yaşında yetkinləşir. Kürütökmə yerindən və mövsümdən asılı olaraq dəyişir: iyun-sentyabr Kamçatka və Şimali Kuril adaları, may-avqust Komandor və Aleut adaları, noyabr Alyaska körfəzi. Dişilər 5–120 min kürü tökə bilir. Kürünü 20 m dərinlikdə qoyur. Erkək kürüləri 30—-45 gün qoruyur.

Qidalanması Cavan və yetkin fərdlər planktonlarla qidalanırlar. Qidasına kürülər də daxildir. İri fərdlər mintayları (Theragra chalcogramma) belə yeyə bilirlər.

Sənayesi Sənaye əhəmiyyətli ovu ABŞ və Rusiya tərəfindən həyata keçirilir. ABŞ ərazisində 1996-cı ildə 88 min ton balıq ovlsnmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sənaye balığı Kateqoriya:1810-cu ildə təsvir edilən balıqlar Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış heyvan taksonları