2021 (MMXXI) — Qriqorian təqviminə görə Cümə günü başlayan ildir. Bizim Era və Miladi tarixin 2021-ci ilidir. III minilliyin və XXI əsrin 21-ci ilidir. 2020-ci illərin 1-ci ilidir.

2020-ci ildə olduğu kimi 2021-ci ildə çoxlu COVİD-19 variantları aşkarlandı və COVİD-19 koronavirus pandemiyası ciddi şəkildə davam etdi. 2020-ci ilin sonunda başlayan COVİD-19 infeksiyası əleyhinə vaksinasiya 2021-ci ildə davam etdirildi. 2020-ci ildə planlaşdırılan və pandemiya səbəbindən təxirə salınan tədbirlərin əksəriyyəti, o cümlədən 2021 BMT İqlim Dəyişikliyi Konfransı, Ekspo 2020, UEFA Avro 2020, 2021 Avroviziya Mahnı Müsabiqəsi, 2020 Yay Olimpiya Oyunları, 2020 Yay Paralimpiya Oyunları, Kopa Amerika 2021 və s. keçirildi

Hadisələr

Yanvar thumb|ABŞ Konqres Binasına hücum thumb|Co Baydenin andiçmə mərasimi thumb|Bağdad bazarı partlayışlardan sonra 1 Yanvar — Afrika Kontinental Azad Ticarət Zonası qüvvəyə mindi 4 Yanvar — Qətər və Səudiyyə Ərəbistanı arasındakı sərhəd yenidən açıldı 6 Yanvar — ABŞ Konqres Binasına hücum: ABŞ Prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərində məğlub olduğu üçün, onun tərəfdarları ABŞ Kapitol bina kompleksinə hücum etdi. Sonrakı iğtişaşlar zamanı 5 nəfər öldü 8 Yanvar — Türkiyənin 4-cü peyki "Türksat 5A" kosmosa buraxıldı 10 Yanvar Şimali Koreya Prezidenti Kim Çen In Koreya Fəhlə Partiyası (KFP) Baş katibi seçildi Sisya qızıl mədəni qəzası: Çinin Şandun əyalətinin Yantay şəhərində Sisya qızıl mədənində baş verən partlayış nəticəsində giriş tuneli çökdü və 22 mədənçi yerin altında qaldı. 2 həftə sonra 11 mədənçi xilas edildi. 10 nəfər öldü və 1 nəfər itkin düşdü 11 Yanvar — Tıqray müharibəsi: Efiopiyanın Tıqray əyalətinin Debano kəndində Amhara Xüsusi Qüvvələri tərəfindən ən azı 30 nəfər öldürüldü 13 Yanvar — Dünyada ilk dəfə bir xəstəyə iki qol və iki çiyin transplantasiyası birlikdə həyata keçirildi (Lion, Fransa) 14 Yanvar — Uqandada ümumi seçkilər keçirildi. Yoveri Museveni yenidən Prezident seçildi 15 Yanvar Thonqlun Sisulit Laos Xalq İnqilab Partiyası Baş katibi seçildi. Thonqlun Sisulit 5 illik müddətdə Laos Ali lideri seçildi COVİD-19 koronavirus pandemiyası: Qlobal ölüm sayı 2 milyonu keçdi 20 Yanvar — Co Bayden 46-cı ABŞ Prezidenti olaraq vəzifəyə başladı 21 Yanvar — Bağdad partlayışları: İraqın paytaxtı Bağdad şəhərində bazarda 2 kamikadze tərəfindən türror hücumu baş verdi. Partlayışlar nəticəsində 34 nəfər öldü və 110 nəfər yaralandı 22 Yanvar — Nüvə Silahlarının Qadağası Müqaviləsi qüvvəyə mindi 24 Yanvar — Portuqaliyada prezident seçkiləri oldu. Marselu Rebelu di Soza yenidən Prezident seçildi 26 Yanvar İtaliya hökumət böhranı: İtaliya Baş naziri Cuzeppe Konte istefa verdi və İtaliya hökumət böhranı yarandı COVİD-19 koronavirus pandemiyası: Qlobal yoluxma sayı 100 milyonu keçdi 27 Yanvar — Canq faciəsi: Kamerunun Canq şəhəri yaxınlığında sərnişin avtobusu yük maşını ilə toqquşdu. Qəza nəticəsində 53 nəfər öldü və 29 nəfər yaralandı 31 Yanvar — Nquyen Fu Çonq yenidən Vyetnam Kommunist Partiyası Baş Katibi seçildi

Fevral thumb|Myanma etirazları thumb|Mars 2020 rover missiyası (Perseverans rover və Ingenuity helikopter dronu) thumb|ABŞ rəsmiləri COVAX vaksin dozalarını təqdim edir 1 Fevral Myanma dövlət çevrilişi: Myanmada hərbi çevriliş nəticəsində mülki idarəçiliyə son qoyuldu. Myanma Prezidenti Vin Min və Dövlət müşaviri Aun San Su Çji hakimiyyətdən uzaqlaşdırıldı. Min Şve müvəqqəti Myanma Prezidenti seçildi. Myanmada 1 il müddətində fövqəladə vəziyyət elan edildi (Sonradan 2 ilə uzadıldı). Çevrilişdən sonra Myanma üsyanları başladı Kosovo İsrail ilə rəsmi olaraq diplomatik əlaqələr qurdu və Qüdsdə səfirlik açmaq planını elan etdi COVİD-19 koronavirus pandemiyası: Dünyada vaksinasiya olunanların sayı 100 milyonu keçdi 2 Fevral — Myanma etirazları: Myanmada dövlət çevrilişi əleyhinə etirazlar başladı 4 Fevral — Co Bayden ABŞ-nin Yəmən Vətəndaş müharibəsində istifadə etmək üçün Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah verməsini dayandıracağını elan etdi 7 Fevral — Ekvadorda ümumi seçkilər keçirildi (I tur) 9 Fevral — BƏƏ-nin "Hope" (Ümid) adlı ekipajsız kosmik gəmisi Marsa çatdı. Bu, Mars orbitinə uğurla daxil olan ilk ərəb missiyası oldu 13 Fevral — İtaliya hökumət böhranı: Mario Draqi İtaliya Baş naziri vəzifəsini tutdu və hökumət böhranına son qoyuldu 18 Fevral — NASA-nın Mars 2020 rover missiyası (Perseverans rover və Ingenuity helikopter dronu) Marsa eniş etdi 19 Fevral — ABŞ 2015-ci il Paris sazişinə yenidən qoşuldu 20 Fevral — H5N8 quş qripi epidemiyası: Rusiyanın cənubunda quşçuluq fermasında 7 nəfərdə H5N8 quş qripi aşkarlandı. Bu, insanlar arasında ilk yoluxma halıdır 21 Fevral — Nigerdə ümumi seçkilər keçirildi (II tur). Məhəmməd Bazum Prezident seçildi 22 Fevral — Luka Attanazionun öldürülməsi: KDR-dakı İtaliya səfiri Luka Attanazio Şimali Kivu əyalətinin Qoma şəhəri yaxınlığında səfər zamanı silahlı şəxslərin hücumu nəticəsində 2 nəfərlə birlikdə öldürüldü 24 Fevral — COVİD-19 koronavirus pandemiyası: Qana COVAX mexanizmi vasitəsilə koronavirusa qarşı vaksin alan ilk dövlət oldu 24 — 25 Fevral — Nigeriya quldur münaqişəsi: Nigeriyanın Kaduna və Katsina ştatlarında quldurlar tərəfindən 36 nəfər öldürüldü 25 Fevral COVİD-19 koronavirus pandemiyası: Qlobal ölüm sayı 2,5 milyonu keçdi Ermənistan etirazları: Ermənistan Silahlı Qüvvələri Baş nazir Nikol Paşinyanı istefaya çağırdı. Nikol Paşinyan bunu dövlət çevrilişinə cəhd adlandırdı 28 Fevral — Salvadorda qanunvericilik seçkiləri keçirildi. Ernesto Kastro Qanunvericilik Məclisi sədri seçildi

Mart thumb|Süveyş kanalının tıxanması 5 mart — Yeni Zelandiyada güclü zəlzələlər oldu 6 Mart — Papa Fransisk Ayətullah Əli Hüseyni Sistani ilə görüşüb. Bu papa ilə ayətullah arasında ilk görüş oldu (Nəcəf, İraq) 20 Mart — Türkiyə İstanbul Konvensiyasından çıxdı 23 Mart — İsraildə parlament seçkiləri keçirildi. Naftali Benet Baş nazir seçildi 23 - 29 Mart — "Ever Given" gəmisinin saya oturması ilə Süveyş kanalı tıxandı 25 Mart — COVİD-19 koronavirus pandemiyası: Dünyada vaksinasiya sayı 500 milyonu keçdi

Aprel

4 Aprel — Bolqarıstanda parlament seçkiləri keçirildi (Hökumət qurulmadı) 9 Aprel — Roskosmos şirkətinin Soyuz MS-18 kosmik gəmisi 64-cü Ekspedisiya heyətinin 3 üzvünü Beynəlxalq Kosmik Stansiyaya daşıdı 11 Aprel Peruda prezident seçkliləri keçirildi (I tur) Ekvadorda ümumi seçkilər keçirildi (II tur). Gilyermo Lasso Prezident seçildi İran Natanz nüvə obyektində elektirikin kəsilməsində İsraili ittiham edib. İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bu hadisəni “nüvə terrorizmi” adlandırıb 13 Aprel — Yaponiya "Fukuşima-1" AES-dən radioaktiv suyu okeana boşaltmağa qərar verdi. Bu qərara Çin, Cənubi Koreya və Tayvan etiraz etdi 19 Aprel — NASAnın Marsa göndərdiyi "Ingeunity" adlı helikopter Mars üzərində uçdu 25 Aprel 93-cü Oskar mükafatları Los-Ancelesda verildi Albaniyada parlament seçkiləri keçirildi. Edi Rama yenidən Baş nazir seçildi

May 18 — 22 May — 2021 Avroviziya Mahnı Müsabiqəsi (Rotterdam, Niderland) 26 May — XXI əsrin ən qısa Ay tutulması oldu. Cəmi 14 dəqiqə 30 saniyə davam etdi 26 May — Suriyada prezident seçkiləri keçirildi. Bəşər Əsəd yenidən Prezident seçildi

İyun 6 İyun — Peruda prezident seçkiləri oldu (II tur). Pedro Kastilyo prezident seçildi 9 İyun — Monqolustanda prezident seçkiləri keçirildi. Uxnaaqiyn Xurelsux prezident seçildi 11 İyun — 11 İyul — UEFA Avro 2020 13 İyun — 10 İyul — Kopa Amerika 2021 (Braziliya) 18 İyun — İranda prezident seçkiləri keçirildi. İbrahim Rəisi Prezident seçildi 20 İyun COVİD-19 koronavirus pandemiyası: Braziliya, ABŞ-dən sonra virusa görə yarım milyon ölüm sayını keçən 2-ci ölkə oldu Ermənistanda parlament seçkiləri keçirildi. Nikol Paşinyan yenidən Baş nazir seçildi

İyul

8 İyul — COVİD-19 koronavirus pandemiyası: Qlobal ölüm sayı 4 milyonu keçdi 10 İyul — 1 Avqust — 2021 KONKANAF Qızıl Kubok (ABŞ) 11 İyul — Moldovada parlament seçkiləri keçirildi 23 İyul — 8 Avqust — 2020 Yay Olimpiya Oyunları (Tokio, Yaponiya) 28 İyul — 12 Avqust — Türkiyə meşə yanğınları

Avqust

12 Avqust — Zambiyada ümumi seçkilər keçirildi. Hakainde Hiçilema Prezident seçildi 15 Avqust — Taliban hücumu: Taliban qüvvələri Əfqanıstanın paytaxtı Kabil şəhərini işğal etdi 24 Avqust — 5 Sentyabr — 2020 Yay Paralimpiya Oyunları (Tokio, Yaponiya)

Sentyabr

25 Sentyabr — İslandiyada parlament seçkiləri keçirildi. Katrin Yakobsdouttir yenidən Baş nazir seçildi 26 Sentyabr — Almaniyada federal seçkilər keçirildi. Olaf Şolts Kansler seçildi

Oktyabr 1 Oktyabr — 31 Mart 2022 — Ekspo 2020 (Dubay, BƏƏ) 31 Oktyabr — 13 Noyabr — 2021 BMT İqlim Dəyişikliyi Konfransı (Qlazqo, Şotlandiya, Böyük Britaniya)

Noyabr

1 Noyabr — COVİD-19 koronavirus pandemiyası: Qlobal ölüm sayı 5 milyonu keçdi 21 Noyabr — Çilidə ümumi seçkilər keçirildi (I tur) 30 Noyabr — 18 Dekabr — 2021 FİFA Ərəb Kuboku (Qətər)

Dekabr

19 Dekabr — Çilidə ümumi seçkilər keçirildi (II tur). Qabriel Boriç Prezident seçildi

Ölümlər

Yanvar

thumb|208x208px|Misbah Yəzdi thumb|210x210px|Larri Kinq thumb|230x230px|Siseli Tayson 1 Yanvar Elmira Minita Qordon, Belize General-Qubernatoru (1-ci) (d. 1930) Misbah Yəzdi, iranlı islam alimi, müctəhid (d. 1935) 2 Yanvar — Modibo Keyta, Mali Baş naziri (8-ci) (d. 1942) 3 Yanvar — Cerri Marsden, ingilis musiqiçi (d. 1942) 4 Yanvar Martinus Veltman, holland fizik, Fizika üzrə Nobel mükafatı laureatı (d. 1931) Alber Ru, fransız aşpaz, restorançı (d. 1935) 5 Yanvar — Kolin Bell, ingilis futbolçu (d. 1946) 7 Yanvar — Maykl Epted, ingilis rejissor (d. 1941) 9 Yanvar — Frantişek Filip, çex rejissor (d. 1930) 10 Yanvar — Əhməd Vefik Alp, türk memar (d. 1948) 11 Yanvar Şeldon Adelson, amerikalı iş adamı (d. 1933) Ketlin Heddl, kanadalı avarçəkən, Olimpiya çempionu (d. 1965) 13 Yanvar — Ziqfrid Fişbaxer, amerikalı sehrbaz (d. 1939) 14 Yanvar — Sevim Gözay, türk jurnalist, teleaparıcı (d. 1972) 16 Yanvar Fil Spektor, amerikalı prosüder, qatil (d. 1939) Muəmmər Sun, türk bəstəkar (d. 1932) 18 Yanvar Dündar Əli Əfəndi, Osmanlı sülaləsi rəisi (10-cu) (d. 1930) Jan-Pyer Bakri, fransız aktyor (d. 1951) 19 Yanvar — Bülənt Yıldıran, türk aktyor (d. 1957) 21 Yanvar — Oqtay Yavuz, türk aktyor (d. 1943) 23 Yanvar Larri Kinq, amerikalı telejurnalist, aparıcı (d. 1933) Hel Holbruk, amerikalı aktyor (d. 1925) 27 Yanvar Merdad Minavand, iranlı futbolçu (d. 1975) Kloris Liçmen, amerikalı aktrisa (d. 1926) 28 Yanvar Paul Krutsen, holland kimyaçı, meteroloq, Kimya üzrə Nobel mükafatı laureatı (d. 1933) Vasili Lanovoy, rus aktyor (d. 1934) Siseli Tayson, amerikalı aktrisa, model (d. 1924) 30 Yanvar — Mark Uilmor, amerikalı yazıçı, "Simpsonlar" cizgi filminin ssenaristi (d. 1963) 31 Yanvar — Atilla Pekdemir, türk aktyor (d. 1943)

Fevral

thumb|211x211px|Haya Hararet thumb|215x215px|Kristofer Plammer thumb|210x210px|Larri Flint thumb|188x188px|Karlos Menem 1 Fevral — Eduard Babyuh, Polşa Baş naziri (5-ci) (d. 1927) 2 Fevral — Fausta Morqanti, san-marinolu siyasətçi (d. 1944) 3 Fevral Haya Hararet, israilli aktrisa (d. 1931) Toni Trabert, amerikalı tennisçi (d. 1930) 4 Fevral Milli Hyuz-Fulford, amerikalı kosmonavt, bioloq (d. 1945) Hünər Coşqunər, türk müğənni (d. 1963) 5 Fevral Kristofer Plammer, kanadalı aktyor (d. 1929) Leon Spinks, amerikalı boksçu (d. 1953) 6 Fevral — Corc Şults, amerikalı iqtisadçı, diplomat (d. 1920) 7 Fevral — Cüzeppe Rotunno, italyan kinematoqraf (d. 1923) 8 Fevral Jan-Klod Karryer, fransız yazıçı, ssenarist (d. 1931) Meri Uilson, amerikalı müğənni (d. 1944) 9 Fevral — Çik Koria, amerikalı caz pianoçu, bəstəkar (d. 1941) 10 Fevral — Larri Flint, amerikalı pornoqrafik naşir (d. 1942) 11 Fevral — İzador Zinqer, amerikalı riyaziyyatçı (d. 1924) 13 Fevral Dəmir Özlü, türk yazıçı (d. 1935) Yuri Vlasov, rus atlet, siyasətçi (d. 1935) 14 Fevral — Karlos Menem, Argentina Prezidenti (44-cü) (d. 1930) 15 Fevral — Leopoldo Luke, argentinalı futbolçu (d. 1949) 16 Fevral Qustavo Noboa, Ekvador Prezidenti (42-ci) (d. 1937)