Bahar əyləncələri () — qısametrajlı cizgi filmi rejissor Ağanağı Axundov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.
Məzmun Burada Azərbaycan xalqının çox sevdiyi və ən əziz bahar bayramı günlərində şən və fəndgir Keçəllə naqqal və xəsis Kosanın başına gələn məzəli əhvalatlardan poetik və əyləncəli şəkildə söhbət açılır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 209
Film haqqında Film Alla Axundovanın şeirlərinin motivləri əsasında çəkilmişdir.
Fİlmin heyəti Film üzərində işləyənlər Ssenari müəllifi: Çingiz Qaryağdı Rejissor: Ağanağı Axundov Operator: Antonina Korotnitskaya Rəssam: Rasim Babayev, Vaqif Məmmədov Bəstəkar: Cəmil Əmirov
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Xarici keçidlər Filmi izlə Bərpa edilmiş versiyanı izlə kinofilm.az-da Bahar əyləncələri (film, 1989)
Kateqoriya:1989-cu ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri