Aleksandr Dmitriyeviç Çuçelov (26 aprel 1933, Tallin, Estoniya — 1 yanvar 2017) — Estoniyanı və SSRİ-ni beynəlxalq yarışlarda təmsil etmiş yelkənli qayıqçı. Olimpiya Oyunlarında gümüş medal qazanmışdır. Estoniya SSR-in əməkdar məşqçisi olmuşdur.
Karyerası Çuçelov 1960 Yay Olimpiya Oyunlarında iştirak etmiş və Finn sinfi üzrə gümüş medal qazanmışdır. Tokioda təşkil edilən 1964 Yay Olimpiya Oyunlarında Çuçelov həmin sinif üzrə 12-ci yeri tutmuşdur.
Finn sinfindən sonra Solinq sinfinə keçdi. Bu üzrə o, SSRİ-də üç dəfə çempion oldu. 1976-cı ildən məşqçi kimi fəaliyyət göstərməyə başladı. İdman gəmi inşaatının Tallin eksperimental tərsanəsində baş konstruktor işləyirdi.
1979-cu ildə Estoniya SSR-in əməkdar məşqçisi adına layiq görülmüşdür. Bir neçə dəfə yelkənli qayıq idmanı federasiyasının rəyasət heyətinin tərkibinə daxil olmuş və məşqçilər şurasının sədri seçilmişdir. İdman cəmiyyətinin fəxri üzvü olmuş və "Kalev" nişanına layiq görülmüşdür (1963).
Çuçelov 1 yanvar 2017-ci ildə Tallində vəfat etmişdir.
Həmçinin bax Qriqori Çuçelov
İstinadlar
Xarici keçidlər Профиль Чучелова А. Д. на сайте Эстонского Олимпийского Комитета Александр Чучелов, Эстонский спортивный биографический словарь
Kateqoriya:Tallində doğulanlar Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:Olimpiya gümüş medalına sahib SSRİ idmançıları Kateqoriya:1960 Yay Olimpiya Oyunları gümüş medalçıları