Emmanuel Niyonkuru () — Burundili siyasətçi. O, 2015-ci ilin aprel ayında Burundi hökuməti tərəfindən Ətraf Mühit və Su Naziri kimi təyin edilmişdir. Sonralar isə Muramvya dairəsinin senatoru seçilmişdir. Niyonkuru 2017-ci il 1 yanvar tarixinin ilk saatlarında paytaxt Bujumburada odlu silahdan açılan atəş nəticəsində həyatını itirmişdir.
İstinadlar
Kateqoriya:Burundidə doğulanlar Kateqoriya:Bujumburada vəfat edənlər Kateqoriya:Qətl qurbanları