Ağ Saray () — Qlen Seyvenin əsəri əsasında ekranlaşdırılmış bədii film. Yaşı 16-dan az olan uşaqlara və yeniyetmələrə filmi izləmək məsləhət görülmür.

Məzmun Maks 27 yaşlı varlı yəhudi ailəsinə mənsub bir gəncdir. Arvadını avtomobil qəzasında itirəndən bəri dünyadan əlini üzmüşdür. Belə bir məqamda bir gecə 43 yaşlı ofisiant qadın Norayla tanış olduqdan sonra onun həyatı dəyişir. Gün keçdikcə o bu qadına özünü daha yaxın hiss etməyə başlayır. Lakin onların arasında böyük sədlər vardır. Bu təkcə yaş səddi deyil. Kübar cəmiyyətə mənsub olan Maksın ailəsinin belə bir qadını qəbul etmələri mümkün deyil. Ona görə Maks Nora ilə münasibətlərini ailəsindən gizləməyə məcbur olur.

Rollarda Syuzan Sarandon-Nora Beyker Ceyms Spayder-Maks Baron Ceyson Aleksandr-Nil Keyti Beyts-Rozmari Aylin Brenan-Cyudi Stiven Hil-Sol Horovitz Reyçel Çaqal-Reyçel Kori Parker-Lari Klyuqman Rene Teylor-Edit Baron Conatan Pener-Marv Miller Barbara Hovard-Şeri Klyuqman Kim Mayers-Haydi Solomon Mitzi Makkal-Sofi Rozen

Həmçinin bax ABŞ filmlərinin siyahısı

Kateqoriya:1990-cı ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Alvin Sarcentin ssenari müəllifi olduğu filmlər