thumb|291px|Şirkətin İrvayn (Kaliforniya) şəhərində baş ofisi. Broadcom Corporation — rabitə avadanlıqları üçün inteqral mikrosxemlər istehsal edən amerikan korporasiyasıdır. Şirkət yarımkeçiricilərin satışına görə ilk 20 dünya liderlərinin siyahısındadır.bax.: :en:Semiconductor sales leaders by year.

2015-ci ilin mayında Avago Technologies 37 milyard dollara "Broadcom Corporation" şirkətini almaq niyyətində olduğunu bildirdi. 2016-cı ilin əvvəlində, sazişin tamamlanmasından sonra Broadcom Limited (Sinqapurda qeydiyyatdan keçmiş) adlı, 15 milyard dollar dövriyyəli, yarımkeçiricilərin istehsal həcminə görə dunya yeddincisi olan yeni müştərək müəssisə yaradıldı. Avago Technologies-in prezidenti və baş direktoru Xok Tan (Hock Tan) yeni müəssisənin idarəedicisi, Broadcom-un təsisçisi Henri Samueli isə texnologiyalar üzrə rəhbər təyin edildi..

Tarixcəsi 1992 ildə Henri Samueli və Henri Nikolas Los-Anceles şəhərində Broadcom şirkətini təsis etmişlər. Üç ildən sonra isə şirkət İrvin (Kaliforniya) şəhərinə köçürülüb.

2015-ci ilin mayında Avago Technologies 37 milyard dollara "Broadcom Corporation" şirkətini almaq niyyətində olduğunu bildirdi. Saziş nəticəsində Broadcom Limited adlı, 15 milyard dollar dövriyyəli, yarımkeçiricilərin istehsal həcminə görə dunya yeddincisi olan yeni müştərək müəssisə yaradıldı..

Loqotip Qırmızı rəngdə olan Siqnal spektrinin üzərində qalın qara şriftlə yazılmış emblemdir.

Alınmış şirkətlər Müxtəlif illərdə yeni məhsul bazarlarina çıxmaq üçün Broadcom şirkəti tərəfindən alınmış sair şirkətlər.:

Tarix Alınmış Şirkət Məbləğ ($. USD) Məhsul yanvar 1999 Maverick Networks 104 milyon korporativ şəbəkələr üçün multiservis kommutatorları aprel 1999 Epigram 316 milyon məişət şəbəkələri (home network) iyun 1999 Amedia Labs 20 milyon SoC (çip üzərində sistem) hazırlanması avqust 1999 HotHaus Technologies 280 milyon VoIP üçün nəzərdə tutulan DSP (rəqəmsal siqnal prosessoru) çiplərinin proqram təminatları avqust 1999 Altocom 180 milyon soft-modemlər üçün proqram təminatları yanvar 2000 BlueSteel Networks 123 milyon təhlükəsizlik prosessorları mart 2000 Digital Furnace Corp 136 milyon Məlumatların sıxlaşdırılması proqram təminatları mart 2000 Stellar Semiconductor 162 milyon aksiyalarla 3D-qrafika üçün prosessorlar iyun 2000 Pivotal Technologies 242 milyon aksiyalarla rəqəmsal video üçün çiplər iyul 2000 Innovent Systems 500 milyon aksiyalarla Bluetooth çiplər avqust 2000 Puyallup Integrated Circuit Company SoC (çip üzərində sistem) üçün komponentlər iyul 2000 Altima Communications 533 milyon aksiyalarla şəbəkə çipləri oktyabr 2000 Newport Communications 1240 milyon aksiyalarla 10Gbit Ethernet transiverlər oktyabr 2000 Silicon Spice 1000 milyon aksiyalarla VoIP üçün nəzərdə tutulan DSP (rəqəmsal siqnal prosessoru) çiplər noyabr 2000 Element 14 594 milyon aksiyalarla DSL çiplər dekabr 2000 Allayer Communications 271 milyon aksiyalarla optik şəbəkələr üçün çiplər dekabr 2000 Sibyte 2000 milyon aksiyalarla Broadband mikroprosessorlar yanvar 2001 VisionTech, Ltd. 777 milyon aksiyalarla PVR avadanlıqlar üçün MPEG-2-nin kodlaşdırılması/dekodlaşdırılması yanvar 2001 ServerWorks Corp. 1003 milyon aksiyalarla serverlər üçün kontroller iyul 2001 PortaTec Corporation növbəti nəsil portativ avadanlıqlar iyul 2001 Kimalink simsiz şəbəkə kanalları may 2002 Mobilink Telecom Inc. 5,6 milyon aksiyalarla mobil telefonlar üçün prosessorlar mart 2003 Gadzoox Networks 5,8 milyon SAN yanvar 2004 RAIDCore Inc. 16,5 milyon RAID-sistemlər üçün proqram təminatı aprel 2004 M-Stream Inc. 8,7 milyon və 27000 aksiyalarla simsiz şəbəkələrin keyfiyyətinin artırılması üçün texnologiyalar aprel 2004 Sand Video Inc. 77,5 milyon aksiyalarla və 7,4 milyon video məlumatların sıxılması üçün texnologiyalar aprel 2004 WIDCOMM Inc. 49 milyon Bluetooth-sistemlər üçün proqram təminatı aprel 2004 Zyray Wireless Inc. 96 milyon WCMDA üçün prosessorlar sentyabr 2004 Alphamosaic, Ltd. 123 milyon mobil avadanlıqlar üçün qrafik prosessorlar fevral 2005 Alliant Networks Inc. selluar şlyuz məhsulları mart 2005 Zeevo Inc. 26,4 milyon və 2,6 milyon aksiyalarla Bluetooth-avadanlıqlar iyul 2005 Siliquent Technologies Inc. 76 milyon 10Gbit Ethernet kontrollerlər oktyabr 2005 Athena Semiconductors Inc. 21,6 milyon DTV-tüner və Wi-Fi texnologiyalar yanvar 2006 Sandburst Corporation 75 milyon və 5 milyon aksiyalarla Ethernet-paketlərin marşrutlanması üçün SoC (çip üzərində sistem) çipləri noyabr 2006 LVL7 Systems Inc. 62 milyon şəbəkələr üçün proqram təminatları may 2007 Octalica Inc. 31 mly Multimedia Over Coax üçün texnologiyalar iyun 2007 Global Locate Inc. 146 milyon GPS çiplər və proqram təminatları mart 2008 Sunext Design Inc. 48 milyon Optik sürücü üçün texnologiyalar avqust 2008 AMD (şirkətinin DTV (rəqəmsal tv) üçün prosessorlar istehsal edən altqrupu) 141,5 milyon Rəqəmsal televizor, kabel və peyk TV-resiverlər üçün prosessorlar

İstinadlar

Linklər Rəsmi səhifə

Kateqoriya:ABŞ yarımkeçirici şirkətləri Kateqoriya:İrvin (Kaliforniya) şirkətləri