Bella Mixaylovna Davidoviç (; ) — yəhudi əsilli sovet-amerikan pianoçusu.
Bella Mixayılovna Davidoviç 1928-ci ilin 16 iyun tarixində Bakı şəhərində yəhudi ailəsində anadan olub. 6 yaşı olarkən piano təhsili almağa başlayır və cəmi üç il sonra Lüdviq van Bethovenin 1 nömrəli piano konserti parçasını sərbəst işləyir. 1939-cu ildə musiqi təhsilini genişləndirmək üçün Moskva şəhərinə köçür. 18 yaşı olarkən daxil olduğu Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dövrünün tanınmış musiqişünasları Konstantin İqumunov və Yakov Filyerdən dərslər almışdır. Pianoçunun ilk böyük uğuru Frederik Şopenin xatirəsinə həsr olunmuş musiqi yarışmasında dərəcə qazanması olmuşdur.
Frederik Şopenin xatirəsinə həsr olunmuş musiqi yarışmasında qazanılmış uğur Bella Davidoviçin gələcək karyerasındaİjon-Piser Sullyet, 88 notes pour piano solo, "Solo nec plus ultra", Neva Editions, 2015, 52. ISBN 978 2 3505 5192 0. dönüş nöqtəsi oldu və bundan sonra pianoçu SSRİ və Şərqi Avropada tanınmağa başlandı. Bella Davidoviç Sankt-Peterburq Filarmoniya orkestrında 28 mövsüm solist kimi fəaliyyət göstərmiş və eyni zamanda 16 il Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dərs demişdir. Pianoçu SSRİ musiqisi üçün əhəmiyyətli şəxs olmaqla yanaşı SSRİ mədəniyyət dairələrində qəbul edilmiş bir necə qadın sənətçidən biri olmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycanlı musiqişünaslar Kateqoriya:SSRİ pianoçuları Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:Qadın pianoçular Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:ABŞ pianoçuları Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:XXI əsr pianoçuları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:SSRİ-dən ABŞ-yə mühacirət edənlər Kateqoriya:SSRİ-dən ABŞ-yə mühacirət edənlər Kateqoriya:ABŞ klassik musiqiçiləri