"Apokalipsis: İkinci dünya müharibəsi" () — İkinci Dünya müharibəsi haqqında altı seriyalı sənədli film. Filmin rejissorları Daniel Kasatelle və İzabella Klarkdır. Sənədli film üçün musiqi Kenci Kavay tərəfindən bəstələnmişdir.

Sənədli film yalnız müharibə dövründə hərbi jurnalistlər, əsgərlər, Fransa Müqavimət Hərəkatı üzvləri və sıravi vətəndaşlar tərəfindən çəkilmiş sənədli kadrlardan ibarətdir. Filmdə həm sonradan bərpa edilərək rənglənmiş ağ-qara lentlərdən, həm də bir neçə orijinal rəngli lentlərdən istifadə olunub. Yeganə istisna — Holokost cinayətlərinin orijinalda olduğu kimi ağ-qara təsvir olunduğu səhnələrdi.

Film ilk dəfə avqustun 20-dən 27-dək və sentyabrın 3-də Belçikanın fransızdilli RTBF kanalında nümayiş olunub. Avqustun 23-dən 30-dək və sentyabrın 6-da İsveçrənin fransızdilli Télévision Suisse Romande kanalında və 2009-cu ilin sentyabrın 8-dən 22-dək Fransanın France 2 kanalında nümayiş olunmuşdur. Sənədli film sonralar Amerika Birləşmiş Ştatlarının Smithsonian kanalında, National Geographic və Channel 4 kanalları vasitəsilə Böyük Britaniyada, Kanadada, Niderlandda, Polşada, Rumıniyada, Avstraliyada və Asiya ölkələrində, Finlandiyanın Yle Teema, İtaliyanın Rete 4, İsrailin Israel Broadcasting Authority, Portuqaliyanın RTP2 və İspaniyanın La 2 kanalında nümayiş olunmuşdur. Filmin fransızdilli versiyasında hekayəçi rolunda fransalı rejissor və aktyor Matyö Kassoviç, ingilisdilli versiyasında isə amerikalı rejissor və aktyor Martin Şin çıxış edib.

Seriyalar Təcavüz (1933–1939): Nasizmin yaranması və Almaniya ordusunun Polşaya soxulması. Sarsıdıcı məğlubiyyət (1939–1940): Dünkerk uğrunda döyüş, Fransa uğrunda döyüş və Britaniya uğrunda döyüş. Şok (1940–1941): Şimali Afrika kampaniyası, Yuqoslaviya cəbhəsi, Yunanıstan və Krit Adası uğrunda döyüş, Barbarossa əməliyyatı, Leninqradın blokadası, Smolensk döyüşü və Moskva uğrunda döyüş Dünya alov içində (1941–1942): Pörl Harbora hücum, Miduey döyüşü, Quadalkanal uğrunda döyüş və "Blau" planı. Böyük quru qoşunları (1942–1943): "Ox" ölkələrinin ilk məğlubiyyətləri, Stalinqrad döyüşü, El-Alameyn yaxınlığında ikinci döyüş, Məşəl əməliyyatı, Tunis kampaniyası, Kursk döyüşü və İtaliya kampaniyası. Cəhənnəm (1944–1945): İkinci cəbhə, Mərkəzi Avropa əməliyyatı, Almaniyanın kapitulyasiya aktı, Hiroşima və Naqasakinin atom bombardmanı, və Yaponiyanın kapitulyasiya aktı.

İstinadlar

Xarici keçidlər

36px|link=YouTube Apokalipsis: İkinci dünya müharibəsi.

Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:Fransa sənədli filmləri Kateqoriya:İkinci Dünya müharibəsi haqqında sənədli filmlər