Tovma Artsruni (), Foma Artsruni () — IX–X əsr erməni tarixçisi.
Həyatı və yaradıcılığı thumb|220px|right|1852-ci il nəşrinin üz qabığı Tarixçinin tərcümeyi-halı məlum deyil. Yalnız məlumdur ki, görkəmli feodal sülaləsi olan Artsrunilər nəslindən olub. IX əsrin ikinci yarısında – X əsrin birinci onilliklərində yaşayıb-yaratmışdır. Zamanəmizə qədər gəlib çıxmış "Artsruni xanədanının tarixi" əsərini 880-ci ildə yazmağa başlamış və 910-cu ilə qədər davam etdirmişdir.
Tədqiqatçıların fikrincə, "Artsruni xanədanının tarixi" əslində iki ayrı-ayrı müəllifin qələminin məhsuludur. Ehtimal olunur ki, kitabın ilk hissəsi 261-ci səhifəyə qədər Tovma tərəfindən yazılmışdır, yerdə qalan (262-ci səhifədən 305-ci səhifəyə qədər) hissəni isə hansısa anonim müəllif əlavə etmişdir, hansı ki hadisələrin xronologiyasını 940-cı ilə qədər aparıb çıxarmışdır.
İstinadlar
Ədəbiyyat Thomas Artsruni. History of the House of Artsrunik. Trans. and edited by Robert W. Thomson. Detroit: Wayne State University Press, 1985. "Historie des Ardzrouni, par Vartbied Thoma Ardzrouni", trad. par M. Brosset, SPb., 1874.
Xarici keçidlər Kateqoriya:Erməni tarixçilər Kateqoriya:Doğum tarixi bilinməyənlər Kateqoriya:Vəfat tarixi bilinməyənlər