Alfonso Martinez ( 13 noyabr 1982) — 58 kq-a qədər çəki dərəcəsində çıxış etmiş Belizli keçmiş taekvondoçu. 2008 Yay Olimpiya Oyunlarında Belizi təmsil etmişdir. Martinez, Olimpiya Oyunları tarixində Belizi təmsil edən ilk taekvondoçu kimi tarixə düşüb. 20 avqust tarixində keçirilən görüşdə ikiqat dünya və Avropa çempionu olan ispaniyalı Xuan Antonio Ramosa 1-2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
İstinadlar
Xarici keçidlər Taekwondodata.com saytında profili
Kateqoriya:Beliz taekvondoçuları Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında taekvondoçular