Ligitan arxipelaqı və ya Ligitan adaları (, ) — adalar qrupu qumlu sualtı bankələrdən, mərcan və riflərdən ibarətdir. Adalar Malay arxipelaqının tərkibinə daxildir. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir. Adaların ümumi sahəsi 1 km² təşkil edir. Ən iri adaları Ligitan və Mabul adaları. Adalarda ümulikdə 1999-cu il məlumatına görə 2000 nəfər yaşayır. Hazırda adalarda kurort turizm inkişaf etmişdir.

Fiziki-coğrafi göstəriciləri Coğrafi yerləşməsi Arxipelaqın coğrafi koordinatları: . Adalar Sulavesi dənizinin cənub-şərqində Kalimantan adasından şərqdə (minimal olaraq 15 km məsafəyə malikdir), Malayziya və İndoneziya sərhədində yerləşir. Adalar Kalimantan adasından Ligitan boğazı ilə ayrılır. Arxipelaq 60 km məsafədə uzanır və eni isə 20 km təşkil edir Arxipelaqa daxil olan ən iri adalar Ligitan (0,076 km²) və Mabul (0,21 km²) adalarıdır. Arxipelaqa həm də ətrafda yerləşın rif, mərcan və bankələr daxildir.

İqlimi İqlimi ekvatorialdır. Rütubətlidir. İqlim xüsusiyyətləri Kalimantan adasının şimal-şərq iqliminə bənzərdir. İllik orta temperatur maksimal olaraq +39 °C, minimal isə +17 °C təşkil edir. Günlük orta temperatur +27—29 °C-dir. Günlük msksimal və minimal temperatur arasında fərq cəmi 5 °C təşkil edir. Təbiəti Adalar qumsaldır və səthi olduqca hamardır. Maksimal hündürlüyü dəniz səviyyəsindən 9 metr hündürlükdə yerləşir və Ligitan adasında qərsrlaşır. Ərazisinin böyük hissəsini tropik bitkilər örtmüşdür. Əsasən kol və palma ağaclarıdır. Sahil hissəsi əsasən bir necə on metr enə malikdir. Ligitan adasının sahillərindən güçü 5 km/s alan axınlar keçir. Bu axınlar adanın ətrafına dövr edir. Bu xüsusiyyətinə görə yaxınlıqda yerləşən digər adalardan fərqlənir Adalar fauna baxımından kasıbdır. Burada iri heyvanlar yaşamır. Ərazisində bir necə növ sürünən, gəmirici və suda-quruda yaşayan vardır. Ətraf suları isə daha zəngin və rəngarəngdir. Dəniz ilanları, skatlar, yengəclər və çoxlu sayda balıq növlərinə rast gəlinir.

Ərazi mənsubluğu 1969-cu ildən Ligitan adası Malayziya və İndoneziya arasında mübahisə predmeti olmuşdur. Hər iki tərəf Hollandiya və Böyük Britaniya müstəmləkə xəritələrini əsas gətirirdi. Burada Ligitandan başqa Sipidan adasıda mübahisə pretmeti olmuşdur. 1997-ci ildə hər iki tərəf məsələni BMT Beynəlxalq məhkəməsinə verirlər. 2002-ci ilin dekabrında məhkəmə işi Malayziyanın lehinə həll edilir. İndoneziya məhkəmənin qərarını rəsmən tanıyır.

İnzibati cəhətdən adalar Sempor rayonu (), Tavau dairəsi (), Sahab ştatı () daxildir.

Əhalisi Ligitan adasında əhali yaşamır. Maqbul adasında isə 1999-cu il məlumatına görə 2000 nəfər yaşayır. Əhali əsasən iki qəsəbədə yerləmişdir: Mabul () və Musu (). Onlar müvafiq olaraq adanın şimalı və cənubunda yerləşir. Mabul qəsəbəsinin əhslisi əsasən Filippinin Sulu arxipelaqı regionundan gəlmələrin törəmələridir. Əhalisi islam dininə (sünnilər) etiqat edir

Mənbə «Sipadan-Mabul Rezort» «Sipadan-Kapalay dayvinq rezort»

İstinadlar

Kateqoriya:Malayziya adaları