Dədəqışlaq — Ermənistan Respublikasının Kotayk mərzində kənd. Tarixən İrəvan quberniyasının Yeni Bəyazid qəzasına, 1995-ci ilədək isə Axta (Razdan) rayonuna tabe olmuşdur.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Axta şəhərindən mərkəzindən 20 km şimal-qərbdə Misxana (Mərmərik) çayının sahilində yerləşir.
Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.73 qeyd edilmişdir.
Toponim təkə türk tayfasının bir tirəsi olan "dədə" etnoniminəАтаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, "Ылым", 1988. s.65 qışlaq sözünün birləşməsindən əmələ gəlib "dədə tayfasına məxsus qışlaq" deməkdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 may 1939-cu il fərmanı ilə kəndin adı dəyişdirilib "Axundov" qoyulmuşdur. Ermənistan Parlamentinin 4 may 2006-cı il tarixli qərarı ilə kəndin adı yenidən dəyişdirilərək "Pyunik" qoyulmuşdur.
Əhalisi Kənddə 1831-ci ildə 23 nəfər, 1873-cü ildə 196 nəfər, 1886-cı ildə 278 nəfər, 1897-ci ildə 341 nəfər, 1908-ci ildə 428 nəfər, 1914-cü ildə 541 nəfər, 1916-cı ildə 442 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s. 16–17, 100–101.
1918-ci ildə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinlərindən sağ qalanlar öz doğma evlərinə qayıda bilmişlər. 1922-ci ildə kənddə 186 nəfər, 1926-cı ildə 237 nəfər, 1931-ci 305 nəfərerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.17, 101, 1939-cu ildə 401 nəfər, 1959-cu ildə 455 nəfər, 1970-ci ildə 814 nəfər 1979-cu ildə 925 nəfərHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.124 azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabr ayının axırlarında kəndin sakinləri azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla və qırğınlarla qovulmuşlar. İndi yalnız ermənilər yaşayır.
İstinadlar
Xarici keçidlər (as Akhundov)
Kateqoriya:Dərəçiçək kəndləri