Kokand 1912 FK () — Özbəkistanın Kokand şəhərini təmsil edən Özbəkistanın peşəkar futbol klubudur. Klub hal-hazırda Özbəkistan Liqasında mübarizə aparır.

Tarixi Kokand 1912 FK klubu Özbəkistanın qədim futbol klublarından biri hesab olunur. Klub 1912-ci ildə təsis edilmişdir. Qo'qon 1912 klubu ilk mövsümünə 1992-ci ildə Özbəkistan Liqasında başlamışdır. Həmin ildə klub liqada 6-cı yeri tutmuşdur. Həmin ildə klub adını Temiryol,i Qo'qon olaraq dəyişdirmişdir. İlk dəfə iştirak etdikləri Özbəkistan Kubokunda 1992-ci ildə finala vəsiqə qazanmışdılar. 25 oktyabr 1992-ci ildə Səmərqənddə baş tutan final görüşündə Navbahor Namanqan FK klubu ilə üz-üzə gələn klub əsas vaxtda heç-heçə etdilər. Penalti seriyasında isə rəqibinə 5:6 hesabı ilə məğlub oldular.

1994-cu il mövsümündə klub Özbəkistan liqasını 5-ci pillədə başa vurdular. Bu nəticə klub tarixinin ən yüksək nəticəsi hesab olunur. Sonuncu dəfə klub Özbəkistan Liqasında 2003-cü ildə mübarizə aparmışdır. Kokand 1912 FK klubu əsas Özbəkistan Liqasında 9 mövsüm mübarizə aparmışdır. 2009-cu ildə klub Özbəkistan Birinci Liqasının qalibi olmuşdur.«Бунедкор-Коканд» – победитель турнира. pfl.uz, 29.10.2009, Amma onlar Özbəkistan Liqasına vəsiqə qazana bilməmişlər. Bunun da səbəbi 2010-cu il mövsümündə Top Liqada iştirak edən komandaların sayının 16-dan 14-ə endirilməsi olmuşdur.Принято окончательное решение. pfl.uz, 8.01.2010,

Andijan FK klubunun mövsümü ikinci yerdə başa vurduğu 2013-ci il mövsümündə klub liqada 3-cü yeri tutdular. 30 aprel 2014-cü ildə klubun keçmiş futbolçusu Rüstəm Abdullayev yeni kluba baş məşqçi təyin olundu. Rüstəm Abdullayev klub tarixində bir mövsümdə ən çox qol vuran (18 qol) oyunçu hesab olunur. Kokand 1912 FK klubu 2014-cü il mövsümünü Şurtan Quzar FK klubundan sonra ikinci yerdə başa vurdu. Klub 2015-ci ildə yenidən Özbəkistan Liqasına vəsiqə qazandı.

Adının dəyişilmə tarixi

Bir neçə dəfə klubu adını dəyişib. 1987: Mehnat 1988—1991: Avtomobilist 1992—2001: Temiryolçu Qo'qon 2002—2008: Qo'qon 2009—2012: Bunyodkor Qo'qon 1912 2012: Qo'qon 1912 (Kokand 1912)

Liqa tarixi

İl Diviziya Mövqe Kubok1992ÖzL6thFinal19936-cıR3219945-ciR16199515-ci Birinci Liqaya enib1/41996Liqa 14-cüPR19971-ci Özbəkistan Liqasına geri qayıdıb1/41998ÖzL7-ciR16199910-cu200020-ci Birinci Liqaya enibR322001Liqa 11-ci Özbəkistan Liqasına geri qayıdıbR162002ÖzL14-cü1/4200310-cuR16

İl Diviziya Mövqe Kubok2004 2005Liqa 113-cü –200618-ci İkinci Liqaya enibFR2007Liqa 2 –2008Liqa 14-cü –20091-ciSR2010–11Liqa 2 –2012Liqa 19-cu –20133-cüR1620142-ci Özbəkistan Liqasına geri qayıdıbR162015ÖzL12-ciR16

1. 1999-cu ildə Özbəkistan Kuboku keçirilməyib. 2. Klub Liqa ilə əlaqədar ödəniş xidmətləri haqqını illik ödənişini ödəmədiyi üçün iştirakı dayandırılıb. 3. Klub Özbəkistan Liqasına vəsiqə qazanmayıb. Səbəb liqada iştirak edən klublarının sayının 14-ə azaldılması olmuşdur.

Klubun bombardirləri Klubun tarixi boyunca ən çox qol vuran oyunçuları aşağıdakılardır: İl Bombardir Qol1992Rüstam Abdullayev18 (10)1993Oydinbek Aliyev12 (4)2014Otabek Xaydarov252015Nosirbek Otakuziyev9

Hal-hazırkı heyəti 14 mart 2015-ci il məlumatlarına əsasən.„Заявочный список команд Первой лиги-2012. Зона «Восток». pfl.uz, 2012.

(c)

Uğurları

Özbəkistan Liqası 5-ci yer: 1994 Özbəkistan Birinci Liqası (3): 1997, 2001, 2009 Özbəkistan Birinci Liqası ikinci (1): 2014 Özbəkistan Kuboku ikinci: 1992

Baş məşqçilər Toxir Kapadze (2013–14) Rüstəm Abdullayev (2014– Noyabr 2015) Vadim Şodimatov (aralıq) (Noyabr 2015– Dekabr 2015) Murod İsmoyilov (Dekabr 2015-)

İstinadlar

Xarici keçidlər FC Kokand 1912 Official Website Kokand 1912 Matches and results at soccerway.com

Kateqoriya:Özbəkistan futbol klubları