Xozapini gölü () və ya Aktaş gölü () — Kiçik Qafqazdakı Cavaxet yaylasında yerləşən tektonik mənşəli sərhəd gölüdür. Gürcüstan — Türkiyə sərhədində yerləşən göl təxminən ölkələri iki bərabər hissəyə bölərək şimal-qərbdən cənub-şərqə keçir. Şimal-şərq hissəsi Gürcüstanın, cənub-qərb hissəsi isə Türkiyənin payına düşür. Gölün 53%-i Gürcüstanın payına düşür.
Adı Gölün rast gəlinən digər adları bunlardır: Xozapini (), Karçaxistba, Karçaxi (), Karçask, Аktaş (), Xozapin (), Karsak (), Azap ().
Yerləşdiyi yer Aktaş gölü Gürcüstanın Axalkalaki bələdiyyəsində yerləşən Karçaxi rayonu ilə Türkiyənin Çıldır rayonunun Kenarbel ilçəsi arasında yerləşmişdir. Bənd vasitəsilə həmin ərazidən ayrılmışdır.
Göldən şimalda Murakvals dağı, daha cənubda isə —Qektapin dağ silsiləsi yerləşmişdir.
Hidroqrafiya Göl dəniz səviyyəsindən 1799 metr hündürlükdə yerləşmişdir. Gölün ümumi sahəsi 26,6 km²-dir. Sahəsinə görə Gürcüstan göllərinin arasında ikinci yeri tutur.
Göldə 12 ada mövcuddur. Adaların hamısı gölün cənub-qərb yarısında yerləşmişdir və Türkiyə ərazisinə aiddirlər.
Su rejimi Çökmə mənşəli sular və qrunt suları gölün əsas qida mənbəyidir. Suyun maksimal səviyyəsi iyunda, minimal səviyyəsi isə fevralda müşahidə olunur.
Flora Gölün yaxınlığında Gürcüstan üçün ən əhəmiyyətli subalp meşələrindən biri yerləşmişdir. Həmçinin gölün ətrafında üvəz kolhid () bitir. Göl ərazisində İndua, itburnunun və moruq kollarının kolluqları yayılmışdır.
Göldə və ona yaxın olan ərazilərdə 2004-cü ildə Gürcüstanda bitən kol bitkisi olan kolşəkilli daziforanın () bitdiyi ərazi aşkar edilmişdir.
Gölün adaları bitki cəhətdən kasaddır. Sahillərdə qamış və qamışın kiçik kollarına rast gəlinir.
Fauna Göl quşların bəzi növlərinin böyük qruplar şəklində yaşamasının əhəmiyyətli yeridir. Göl ərazisində qıvrımlələk qutan (), çəhrayı qutan (), erməni qağayısı () və Gürcüstandakı ən böyük yapalaq olan adi yapalaq () geniş yayılmışdır. Göldə quşların nümayəndələrinin 59 növünə rast gəlinir. 20 növdən çoxu suda üzənlərə aiddir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Gürcüstan gölləri Kateqoriya:Türkiyə gölləri Kateqoriya:Ərdəhan ili Kateqoriya:Sərhəd gölləri Kateqoriya:Türkiyənin Əhəmiyyətli Quş Bölgələri Kateqoriya:Kürün hövzəsi