Elşad Eldar oğlu Həsənov () — Yasamal rayonu İcra Hakimiyyətinin başçısı (2019), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı (2015–2019).2015-ci il 24 noyabr tarixli iclasın stenoqramı . parliament.az

Həyatı 27 senytbar 1976-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 23 saylı orta məktəbi qızıl medalla bitirib.

1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub və 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb.

İngilis və rus dillərini bilir.

Ailəsi Ailəlidir, iki övladı var.

Fəaliyyəti Azərbaycan Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il sərəncamı ilə Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

İstinadlar

Xarici keçidlər Həsənov Elşad Eldar oğlu Elşad Eldar oğlu Həsənov Досье: Кто они – новые главы ИВ районов Баку? - ФОТО Başçı təyin edilən gənc deputat kimdir? – Video

Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Yasamal Rayon İcra Hakimiyyətinin başçıları