Alona Koşevatskiy (d. 8 oktyabr 1997) — İsraili təmsil edən bədii gimnast. Alona Koşevatskiy 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Koşevatskiy həm də I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb.

Karyerası Alona Koşevatskiy 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Yekaterina Levina, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.

İstinadlar

Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2015 Avropa Oyunlarında gimnastlar Kateqoriya:Bədii gimnastika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Bədii gimnastika üzrə Dünya Çempionatının medalçıları