Yottabayt (YB) - 1024 bayta bərabər informasiya ölçü vahididir. Çox böyük həcmli informasiyanın ölçüsünü ifadə etmək üçün istifadə olunur. İkilik ölçü vahidlərində yottabayta yaxın ölçü vahidi Yobibaytdır (YiB). Bir yobibayt 280 bayta bərabərdir.

Yotta (Y) prefiksi 1024-ü bildirən metrik prefiksdir. Beynəlxalq Vahidlər Sisteminə 1991-ci ildə əlavə edilmişdir. "Yotta" prefiksi qədim yunan dilində “okto” (“səkkiz”) sözündən əmələ gəlib, çünki o, 10008-ə bərabərdir.

Digər vahidlərlə ifadəsi Bir yottabayt:

1000 zettabayt

1000000 ekzabayt

1000000000 petabayt

1000000000000 terabayt

1000000000000000 giqabayt

1000000000000000000 meqabayt

1000000000000000000000 kilobayt

1000000000000000000000000 bayt

8000000000000000000000000 bitə bərabərdir.

Kateqoriya:İnformasiya ölçü vahidləri