Xalid Şamil oğlu Əsgərov (d. 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanlı fotoqraf.
Həyatı Xalid Şamil oğlu Əsgərov 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur.Cəbhədən-cəbhəyə . 1905.az, 14.12.2015
Ali təhsilini əvvəlcə Bakı Slavyan Universitetində, daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasında almışdır.
Fəaliyyəti Qarabağda, Abxaziyada, Çeçenistanda və Tacikistanda "Reuters" xəbər agentliyinin fotomüxbiri olaraq işləmişdir. Müxtəlif fotoalbomlar, jurnal və nəşrlər üçün fotolar çəkmişdir.
Hazırda Kanadada yaşayır.
Birinci Qarabağ müharibəsi ilə bağlı fotoları hazırda Azərbaycan Fotoqrafları Birliyinin arxivindədir.
İstinadlar
Xarici keçidlər Kəlbəcərin işğalı zamanı çəkdiyi şəkillər. atv.az, 02.04.2015
Kateqoriya:Azərbaycan kürdləri Kateqoriya:Azərbaycanlı fotoqraflar Kateqoriya:Azərbaycan fotoqrafları Kateqoriya:Bakı Slavyan Universitetinin məzunları Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları