İmamqulubəyli — Azərbaycan Respublikasının Bərdə rayonunun Zümürxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Yeni Daşkənd kənd Sovetinin İmamqulubəyli kəndi Zümürxaç kənd Sovetinin tərkibinə verilmişdir.

Coğrafiyası və iqlimi Kənd Qarabağ düzündə yerləşir.

Toponimikası XIX əsrin əvvəllərində 104 ailədən ibarət olan qaradolaq tayfasına mənsub ailələr indiki Ağdam rayonu ərazisində məskunlaşmışdı. Çar hökuməti həmin ailələrin idarəsini 5 il ərzində İmamqulu bəyə vermişdi. Bundan sonra İmamqulubəyli adlanan həmin qaradolaq ailələri sonralar müxtəlif yerlərdə məskunlaşaraq bir neçə eyniadlı kənd yaratmışdılar.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Bərdə rayonunun kəndləri