Astara bulvarı — Astara şəhərində, Xəzər dənizinin sahilində yerləşən park-bulvar kompleksi.

Tarixi Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanılmış və 2015-ci ildə tikinti-quraşdırma işləri başa çatdırılmışdırİlham Əliyev Astaranın dənizkənarı park-bulvar kompleksində yaradılan şəraitlə tanış olub. president.az, 11.04.2015 .

Ərazisi Park-bulvar kompleksi Astara şəhərində Xəzər dənizinin sahili boyunca 1 kilometr uzunluğunda olan ərazini əhatə edir.

Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır.

Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilmişdir. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılmışdır.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Astaranın görməli yerləri Kateqoriya:2015-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan bulvarları