Okavanqo çayı (Anqola ərazisində Kubanqo) — Afrikanın cənub-qərbindən axan çay. Cənubi Afrikanın çay sisteminin uzunluğuna görə dördüncüsüdür. 1600 km uzunluğa malikdir. Orta su sərfiyyatı 475 m³/s-dir. Öz başlanğıcını Anqoladan götürür və burada Kubanqo adlanır. Cənub hissədə Anqola və Namibiya ilə sərhəddən axır. Sonradan Botsvana ərazisinə axır.
Okavanqo nə dənizə, nə də gölə tökülür. Labirintvari şəkildə hərəkət edərək çayın 95 % Kalaxari səhrasının şimal-qərbində yoxa çıxır. Bu ərazini Okavanqo deltası adlandırırlar. Bu dünyada sahəsinə görə ən böyük deltalardan biridir. Deltanın sahəsi 15 000 km² təşkil edir.
Nadir hallarda çay suyunu Nqami gölünə çatdırır. 15-20 il ərzində çay suyunu Makqandikqadi çökəkliyinə çatdırır. Bura bir neçə min il öncə böyük göl ərazisi olmuşdur.
Okavanqo hövzəsində Moremi qoruğu yerləşir. Bura zəngin təbiəti ilə seçilir. Mənbə Okavango River: the Flow of a Lifeline Safari in the Delta Map of the Okavango River basin at Water Resources eAtlas Map of the Okavango Delta at RhinoAfrica OKACOM Homepage OKACOM's EPSMO Project Botswana destinations Okavanqo çayı
Kateqoriya:Anqola çayları Kateqoriya:Botsvana çayları Kateqoriya:Namibiya çayları Kateqoriya:Sərhəd çayları Kateqoriya:Afrikanın beynəlxalq çayları Kateqoriya:Afrikanın axarı olmayan hövzələri