Kosova (), Kosovo () və ya rəsmi adı ilə Kosova Respublikası (, ) — Şərqi Avropada bölgə və eyni zamanda müstəqilliyi mübahisəli dövlət. Kosovo Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal və şərqdə Serbiya, cənub-şərqdə Şimali Makedoniya, cənub-qərbdə Albaniya, qərbdə isə Monteneqro ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Priştina şəhəri, ümumi sahəsi 10,887 kvadrat kilometrdir. Kosovo ərazisindəki alban çoxluğu Kosovo Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən diplomatik tanınmasına cəhd edir. Serbiya isə bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır. Hazırda Kosovonun müstəqilliyini 101 ölkə tanıyıb. Azərbaycan Respublikası Kosovonun müstəqilliyini tanımamışdır. 300px|thumbnail|Kosovanı tanıyan ölkələr (Yaşıl)

Tarixi 1389-cu ildəki Birinci Kosovo döyüşündən sonra bölgə I Murad tərəfindən Osmanlı imperiyasına keçmişdir. Osmanlı idarəçiliyi dövründə Kosovoya serblər yalnız 1878-ci ildəki Rus-Osmanlı müharibəsi dövründən sonra iddia irəli sürməyə başlamışdılar. 5 əsrdən çox Osmanlı imperiyasının nəzarətində qalan bu ərazi 1912-ci ildəki Birinci Balkan müharibəsi dövründə Serbiyaya ilhaq edilmişdir.

İkinci Dünya müharibəsində sonra isə Kosovo Yuqoslaviyaya bağlı bir əyalət statusunu almışdır. 7 aprel 1963-cü ildən Yuqoslaviya Federativ Sosialist Respublikası adlanan ölkə 1992-ci ildən etibarən parçalanmağa başlamışdır. Əvvəlcə Sloveniya, Xorvatiya, Makedoniya, Bosniya və Herseqovina Yuqoslaviya Federativ Sosialist Respublikasından ayrıldı. Bütün bu müddət ərzində Kosovo Yuqoslaviyanın tərkibində olur. 2003-cü ildə Yuqoslaviyanın adı Serbiya və Çernoqoriya olaraq dəyişdirilir. Ancaq parçalanma bununla da bitmədi. Bələ ki, 2006-cı il may ayının 21-i referendumda 55,5% səs çoxluğu ilə Monteneqro Serbiyadan ayrılıb müstəqil dövlət olur. Beləliklə keçmiş Yuqoslaviya ərazisinin parçalanması nəticəsində yaranan müstəqil dövlətlərin sayı 6-ya çatır, amma parçalanma davam edir və nəticədə 7-ci müstəqil dövlət Kosovo yaranır.

Coğrafiyası thumb|Kosovanın fiziki xəritəsi 250px|thumb|left|Balkan yarımadasında Kosovanın yerləşməsi Kosovo Avropanın şərqindəki Balkan yarımadasının ortasında yerləşir. Qonşuları: cənubda Albaniya və Makedoniya Respublikası, şimalda Serbiya və qərbdə Monteneqrodur. Mərkəzi Priştina şəhəri olan ölkənin ərazisi 10.908 km²dir.Kosovo Agency of Statistics: Kosovo in Figures 2009

Əhali 1–15 aprel 2011-ci il siyahıyaalınmasının yekunlarına əsasən Kosovo əhalisinin sayı 1.739.825 nəfər (875.900 nəfəri kişilər, 863.925 nəfəri qadınlar) olmuşdur. Onlardan 661.586 nəfəri və ya 38,03 %-i şəhərlərdə, 1.078.239 nəfəri və ya 61,97 %-i isə kəndlərdə yaşayır.

Milli tərkib +Kosovo əhalisinin milli tərkibiKosovo Agency of Statistics: Demographic changes of the Kosovo population 1948–2006 Etnik qrup 1948 1953 1961 1971 1981 1991 toplam əhali733 034815 908963 9881 243 6931 584 4401 956 196 alban498 244524 562646 605916 1681 226 7361 596 072 serb176 718189 869227 016228 264209 798194 190 türk1 32034 59025 76412 24412 51310 445 qaraçı11 23011 9043 20214 59334 12645 745 digər45 52254 98361 40172 424101 267109 744

Dil +Kosovo əhalisinin ana dilləri Dil Sayı, 2011 sa.Kosovo Agency of Statistics: Kosovo population and housing census 2011—Final results Nisbəti, 2011 sa. cəmi1 739 825100 % albanca1 644 86594.54 % boşnakca28 9891.67 % serbcə27 9831.61 % türkcə19 5681.12 % qaraçıca5 8600.34 % digər10 3080.59 % a.d.g.Ana dilini göstərməyənlər2 2520.13 %

Din +Kosovo əhalisinin etiqad etdiyi dinlər Din Etiqad edənlərin sayı, 2011 sa. Nisbəti, 2011 sa. cəmi1 739 825100 % islam1 663 41295.61 % xristianlıq64 27538.438 nəfəri katoliklər, 25.837 nəfəri isə ortodokslar3.70 % dinsiz1 2420.07 % digər1 1880.07 % c.v.i.Cavab vermək istəməyənlər7 2130.41 % d.e.g.Dini etiqadını göstərməyənlər2 4950.14 %

Müstəqillik Kosova Serbiyadan öz müstəqilliyini 2008-ci ilin fevral ayının 17-də elan etmişdir. Müstəqillik bəyannaməsini parlementdə baş nazir Haşim Taçi elan edib. Müstəqillik bəyannaməsinə görə "Kosova demokratik və çoxmillətli bir dövlət olacaq. Burada yaşayan serb və digər etnik azlıqların da bütün haqları qorunacaq".Zaman, 20 fevral 2008, http://www.zaman.az

Şəhərləri Kosova bələdiyyə mərkəzləri:Yunik, Mamuşa, Elezhan, Graçaniça, Ranilug, Parteş, Klokot və Kuzey Mitroviça . Müstəqillik sonrakı dövrdə, daxili gərginliyi həll etmək üçün, milli azlıqların yaşadığı yeni bələdiyyələr yaranmışdır. Deçan (Deçan / Dečani) Yakova (Gjakova / Đakovica) Qloqovaç (Gllogoc / Glogovac) Gilan (Gjilan / Gnjilane) Dragaş (Sharri / Dragaš) İstok (Istog / Istok) Kaçanik (Kaçaniku / Kačanik) Klina (Klina / Klina) Kosovo Ovası (Fushë Kosova / Kosovo Polje) Kameniçe (Kamenicë / Kosovska Kamenica) Mitroviça (Mitrovica / Kosovska Mitrovica) Leposaviç (Albaniku / Leposavić) Liplan (Lipjani / Lipljan) Nobırda (Novobërdë / Novo Brdo) Kastriot (Kastrioti / Obilić) Rahofça (Rahovec / Orahovac) İpek (Pejë / Peć) Poduyeva (Besiana / Podujevo) Priştina (Prishtina / Priština) Prizren (Prizren / Prizren) Skenderay (Skënderaj / Srbica) Ştimle (Shtime / Štimlje) Ştırpçe (Shtërpca / Štrpce) Suvareka (Theranda / Suva Reka) Ferizaji (Ferizaji / Uroševac) Viti (Vitia / Vitina) Vıçıtırın (Vushtrri / Vučitrn) Zubin Potok (Zubin Potoku / Zubin Potok) Zveçan (Zveçan / Zvečan) Malişova (Malisheva / Mališevo) Yunik (Junik / Junik) Mamuşa (Mamusha / Mamuša) Elezhan (Hani i Elezit / Đeneral Jankovič) Qraçaniça (Graçanicë / Gračanica) Ranilug (Ranillug / Ranilug) Parteş (Parteshi / Parteš) Klokot (Kllokot / Klokot) Şimali Mitroviça (Mitrovica — Veri / Kosovska Mitrovica — Sever)

Şəhər əhalisi Priştina: 571.123 Prizren: 220.816 Ferizovik: 197.741 Yakova: 127.156 İpek: 195.190 Gilan: 191.595 Mitroviça: 186.359 Qloqovaç: 55,148 Poduyeva: 48.526 Kosova Ovası: 28.600

Həmçinin bax Kosovo müharibəsi Kosova Respublikası Milli Marşı Kosovo Respublikasında LGBT hüquqları Kosovo pasportu Kosovo universitetlərinin siyahısı Kosovo–Türkiyə münasibətləri

İstinadlar

Xarici keçidlər

CIA – The World Factbook : Kosovo — Ethnic groups: Albanians 88%, Serbs 7%, other 5% (Bosniak, Gorani, Roma, Turk, Ashkali, Egyptian)

Kateqoriya:Tanınmamış dövlətlər Kateqoriya:Dənizə çıxışı olmayan ölkələr Kateqoriya:Balkan yarımadası ölkələri Kateqoriya:Avropada mübahisəli ərazilər Kateqoriya:Unitar respublikalar