Tanfilev boğazı — Sakit okeanda Kuril adalarının Kiçik Kuril cərgəsində yerləşən boğaz. Tanfilev adasını Yuri və Anuçin adasından ayırır. Boğazın uzunluğu Tanfilev və Anuçin arasında 6,3 km, Tanfilev və Yuniy arasında 6 km-dir. Ən dar yeri 5,7 km-dir. Boğaz riflərlə əhatələnmişdir. Boğazın daxilində sualtı qayalıqlar mövcuddur ki, burada 2,2; 5,2 və 5,2 m olan dayazlıqlar vardır. Boğaz rus coğrafiyaçısı və geobotaniki Qavril Tanfilevin şərəfinə adlandırılmışdır. İstinadlar
Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış boğazlar